Səhvən hesabına köçürülən 360 min dolları onlayn kazinoda xərclədi
Səhvən hesabına köçürülən 360 min dolları onlayn kazinoda xərclədi
Yaponiyada qəribə hadisə baş verib. Belə ki, 24 yaşlı gənc bələdiyyənin səhvən onun hesabına köçürdüyü 46,3 milyon yen (demək olar ki, 360 min dollar və ya 611 min manat) pulu bir neçə gün ərzində qumara xərcləyib.
Hadisə Honsyu adasının cənub-qərbində yerləşən Abu şəhərində baş verib. Bələdiyyə məmuru COVID-19 epidemiyası zamanı aşağı gəlirli yerli sakinlərə yardım qismində nağd müavinət verməli imiş. Ancaq o, bunun üçün ayrılmış bütün məbləği səhvən adı siyahıda birinci olan işsiz Syo Taqutinin hesabına göndərib. Gənc isə pulun anlaşılmazlıq ucbatından gəldiyini bilsə də, dərhal xarici onlayn kazinolarda qumar oyunlarına qoşulub. Lakin tezliklə bütün məbləği uduzub.
Gənc günahını etiraf edib, lakin pula görə şirnikləndiyini və böyük qələbəyə ümid edərək oynadığını deyib. O, pulu tədricən qaytaracağına söz verib.
Polis gənci dələduzluqda şübhəli bilərək həbs edib, bələdiyyə isə itirilən məbləğin qaytarılması üçün məhkəməyə müraciət edib.
Şəhər büdcəsindən ciddi məbləğ itirən məmurun da məsuliyyətə cəlb ediləcəyi gözlənilir.
Mənbə: TASS /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız