Səidə: İlk dəfədir ki, bu cür insan ürəyimə yatır - VİDEO
Tanınmış müğənni Səidə Sultan şəxsi həyatından danışıb.
Azxeber.com xəbər verir ki, ATV televiziyasında yayımlanan "Günün sədası" verlişinin qonağı olan Səidə Sultan şəxsi həyatından danışıb.
Müğənni Səidə Sultan bildirib ki, həyatında olan yeni sevgilisi onun üçün pik səviyyədədir. Onu çox bəyəndiyini və ona hörmət etdiyini söyləyib.
Aparıcının "Sevdiyin insan var?" sualına Səidə belə cavab verib:
"Çox istədiyim insan var. Məncə, hər kəs mənimlə razılaşar ki, dostluqda da, ailədə də, sevgidə də ən əsası hörmətdir. Münasibətdə hörmət varsa, ailə də gözəl olacaq. Mənim də hörmət etdiyim insan var, sevgi sözünü işlətməyə qorxuram. Sevgi insan həyatında cəmi bir dəfə yaşanır. Həyatımda olan insana hörməti ona görə edirəm ki, o, çox qabiliyyətlidir. Kişiyə yaraşan mərdlikdir, özünü meydana atmaqdır. Öz yerini bilən, hərəkətlərinə fikir verən, qabiliyyətli insana can da qurbandır. İlk dəfədir ki, bu cür insan ürəyimə yatır, həyatımda hal-hazırda o, pik səviyyədədir."
Ayşən Mirzəyeva

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?