Şəkər, ürək, beyin, sümüklər, immunitet, hormonlar üçün əvəzsiz - F vitamininin 10 təsiri
İnsan üçün zəruri olan yağ turşularını tibdə bəzən F vitamini də adlandırırlar. Bu turşulara LA və LNA turşuları daxildir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu turşular bədənə zəruri olan Omeqa-3 və Omeqa-6 yağlarının tərkibini təşkil edirlər. İnsan bədəni bu zəruri olan yağ turşularını özü istehsal edə bilmədiyinə görə, onu xaricdən almalıdır. F vitamini bədənin təbii inkişaf etməsində, hüceyrələrin sağlamlığında, hormonların balansında və immun sisteminin fəaliyyətini tənzim etməkdə mühüm rola malikdir. Bundan əlavə, bu vitamin xolesterinin səviyyəsini tənzim edər.
F vitaminin faydalarını saymaqla bitməz:
•F vitamin dərini cavanlaşdırar və saçları sağlam və parlaq edir.
•Adrenalin hormonun istehsalında mühüm rola malikdir.
•Bağırsaqlardakı faydalı bakteriyaların inkişafını təhrik edər.
•Yağ turşuları artrit ağrılarında sakitləşdirici təsirə malikdir.
•Oynaqlarda, ağciyərlərdə və beyində iltihabı azaldar.
•Depressiyaya müsbət istiqamətdə təsir edər.
•Ürək xəstəliyi riskini azaldır.
•Böyümə və inkişafı dəstəkləyir.
•Tip 2 diabet riskini azalda bilər.
•Ürək xəstəliyi riskini azaldır.
Əgər bu vitamin az olarsa, hafizədə zəifləmələr baş verəcəkdir.
F vitamini çatışmazlığı hazırda çox sıx müşahidə edilmir. Bu çatışmazlıq dəri quruluğu, uşaqlarda yavaş böyümə, beyin funksiyalarında zəiflik, görmə problemləri, saç tökülməsi və yaraların gec yaxşılaşması kimi müxtəlif vəziyyətlərə yol aça bilər.
F vitamin ilə zəngin qidalar:
Bu yağ turşuları üzüm dənəsinin yağında, kətan toxumu yağında, soyada, qozda, küncütdə və günəbaxan tumlarında olur. Bundan başqa avokadoda, ətdə və balıqda mövcuddur. Omeqa-6 yağı paxlalı bitkilərdə, üzüm dənəsində, kətan toxumu yağında mövcuddur. Zəruri olan Omeqa-3 yağı isə balıqda, qoz yağında olur.
F vitamini yaxşı bir kalori mənbəyidir, ümumiyyətlə böyümə və inkişafı dəstəkləmək, təzyiqi nizamlamaq, hüceyrə quruluşunu və immuniteti gücləndirmək kimi əhəmiyyətli bədən funksiyalarına qatılır.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ