Şəkəri ölçən cihazlardan istifadə etməyin
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin diabet üzrə müşaviri professor Partha Kar şəkər ölçən cihazların qidalanma pozğunluğuna səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bildirib ki, həmin cihazlar istifadəçilərə qidalanma səviyyələrini izləməyə imkan verən, sosial mediada reklam edilən fərdi pəhrizlər trendinin bir hissəsidir.
KONKRET.az xəbər verir ki, professorun sözlərinə görə, bu texnologiyanı heç bir sağlamlıq səbəbi olmadan istifadə etmək qida pozğunluğuna çevrilə biləcək hallara səbəb yarada bilər. Qidalanma pozğunluğu olan insanlar tez-tez xəstəliklərinin bir hissəsi kimi cihazda nəticə olaraq göstərilən rəqəmlərlə maraqlanırlar. Bu səbəbdən belə cihazlardan istifadə etməmək tövsiyə olunur.
Alimlər "ağıllı" cihazların bir neçə cümlə söyləməsi ilə bir insanın şəkərli diabet xəstəsi olub-olmadığını yoxlamaq üçün bir üsul kəşf ediblər. Bundan sonra isə insanlara xəbərdarlıq edilib. ABŞ-da yerləşən "Klick Labs"dan olan tədqiqatçılar bir insanın 6-10 saniyəlik səs yazıları ilə diabetli olub-olmadığını ayırd edə bilən süni intellekt modeli yaradıblar. Testlər qadınlarda 89 faiz, kişilərdə isə 86 faiz dəqiqlik göstərib.
Tədqiqatçı Jayci Kaufman bildirib ki, araşdırma diabeti olan və olmayan insanlar arasında mühüm fərqləri ortaya qoyub: "Bu, tibb ictimaiyyətinin şəkərli diabet üçün müayinə üsulunu dəyişə bilər. Araşdırma 18 min yazının təhlilini əhatə edib".
Siqnal emalından istifadə edərək tədqiqatçılar səs tonunda və intensivlikdə insan qulağının hiss olunmayan incə dəyişikliklərini aşkarlaya biliblər. (Azərtac)

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var