Doşabla birlikdə qəbul edin, damarları açır, erkən yaşlanmanı önləyir
Türkiyənin məşhur həkimi Canan Karatay, tahinin xüsusilə doşabla birlikdə istehlak edildikdə sağlamlığa olan faydalarını vurğulayır. Onun sözlərinə görə, tahin qan dövranını tənzimləyir, damar tıxanıqlığının qarşısını alır və erkən yaşlanmanı gecikdirir.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, tahin antiinflamatuar xüsusiyyətləri ilə immuniteti gücləndirir, xolesterol səviyyəsini azaldır və ürək xəstəlikləri ilə insult riskini minimuma endirir. İçindəki kalsium və maqnezium qan təzyiqinin tənzimlənməsində təsir göstərir.
Ənənəvi təbii üsullarda istifadə olunan tahin və limon qarışığı, enerji səviyyəsini artırır, yorğunluğu azaldır və həm kişilərdə, həm də qadınlarda mayalanmanı dəstəkləyir.
Tahin B vitamini ilə zəngindir, hüceyrələri yeniləyərək saçların parlaq olmasına kömək edir. İçərisindəki sink isə kollagen istehsalını dəstəkləyərək dərinin sağlam qalmasına kömək edir.
Küncüt toxumları, E vitamini, amin turşuları və yağ turşuları ilə zəngindir, bu da dəridə erkən yaşlanma əlamətlərini azaldır və hüceyrələrin yenilənməsini təşviq edir.
Tahin Omega 3 və Omega 6 yağ turşuları ilə sinir hüceyrələrinin sağlam işləməsini dəstəkləyir, yaddaşı gücləndirir və beyin fəaliyyətinə müsbət təsir göstərir.
Tahin kalsium, fosfor, maqnezium, dəmir və kalium baxımından zəngindir. Bu minerallar sümüklərin, əzələlərin və digər bədən funksiyalarının sağlamlığı üçün vacibdir.
Xüsusilə vegan və ya vegeterian qidalananlar üçün tahin, dəmir alımını artıraraq qan istehsalına və oksigen daşınmasına kömək edir.
Tahin E vitamini və antioksidantlarla zəngindir, bu da immuniteti gücləndirir və sərbəst radikallara qarşı müdafiə təmin edir.
Lif baxımından zəngin olması səbəbindən həzm sistemi üçün faydalıdır, bağırsaq hərəkətlərini təşviq edir və qəbizliyi azaldır.
İçərisindəki lizin kollegen istehsalını dəstəkləyərək dərinin elastikliyini qoruyur.
Tahini balanslı qidalanma çərçivəsində müntəzəm istehlak etmək tövsiyə olunur. Lakin yüksək kalorili olduğundan miqdarı nəzarətdə saxlanmalıdır, xüsusilə kilo kontrolu zamanı.
Küncütə qarşı allergiyası və ya tahinə qarşı həssaslığı olan şəxslər diqqətli olmalıdır. Hər hansı bir sağlamlıq problemi və ya xüsusi diyet mövcuddursa, əvvəlcə həkimlə məsləhətləşmək vacibdir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb
İnvestisiya üçün obyekt axtaranlara: Bakının bu ərazilərində yeni seçimlər var