Şəkidə qəza baş verib, dörd nəfər xəsarət alıb
Şəkidə qəza baş verib, dörd nəfər xəsarət alıb
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində baş verib.
Ötmə əməliyyatı yerinə yetirən "Tofaş" markalı avtomobil qarşıdan gələn "Nissan Tiida" markalı avtomobilin sağ tərəfinə dəyərək yoldan çıxıb və ağaca çırpılıb.
Nəticədə "Tofaş"da olan sürücü də daxil dörd nəfər – 17 yaşlı Mikayıl Cəbrayılov, 15 yaşlı Abdulla Əhmədov, 28 yaşlı Vüsal Abdulxalıqlı və 21 yaşlı Elvin Lətifov xəsarət alıblar.
Yaralıları avtomobildən çıxararaq Şəki RMX-na çatdırıblar. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda onların müayinəsi və müalicəsi davam etdirilir. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb