Sel Göyçayda fəsadlar törədib, Aşağı Qaraməryəm kəndi ilə əlaqə tam kəsilib

Sel Göyçayda fəsadlar törədib, Aşağı Qaraməryəm kəndi ilə əlaqə tam kəsilibÖtən gün Göyçaya gələn sel rayonun beş kəndində o cümlədən Qaraməryəm, Aşağı Qaraməryəm, Qarayazı, Qarabaqqal və Bığır kəndlərində bir sıra fəsadlara yol açıb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hazırda Aşağı Qaraməryəmdə körpünün uçması nəticəsində kəndlə rayon arasında əlaqə tam kəsilib.
Aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işləri həyata keçirməyə başlayıblar. Azərbaycan Avtomobil Yolları Dövlət Xidmətinin baş mühəndisi "Report"un yerli bürosuna bildirib ki, yağışlar nəticəsində gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 194 + 5-ci km-lik hissəsində sel suları avtomobil yolunun torpağ yatağına zərər vuraraq çökmə və sürüşmə əmələ gətirib: "Səhər saatlarında da Dövlət Xidmətinin canlı qüvvələri və texniki vasitələri ilə çökmüş, sürüşmüş yerlərdə təmir işləri başlayıb. Yararsız materiallar yararlı materiallarla doldurulacaq və örtük yeni asfalt örtüyü ilə təmin olacaq. Çalışacağaq ki, sabah səhər saat 12-ə qədər asfalt örtüyü vurulsun, işlər yekunlaşsın və hərəkət təmin olunsun. Hazırda yolun sağ hərəkət hissəsində hərəkət qismən təmin olunub, təhlükəsizlik təmin edilib.
Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev bildirib ki, İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində Göyçaya sel gəlib. Təbii hadisə beş kəndi əhatə edib. Sel rayonun Aşağı Qaraməryəm kəndində beş körpünü dağıdıb. Həmçinin Bakı-Şamaxı-Yevlax magistral yolunun Qaraməryəm kəndindən keçən hissəsində də körpü, yol dağılıb və avtomobillərin gediş-gəlişi dayandırılıb. Hazırda yolda aidiyyəti qurumlar tərəfindən işlər görülür.
Sel nəticəsində ən çox ziyan çəkən rayonun Qarayazı, Qaraməryəm, Aşağı Qaraməryəm, Qarabaqqal və Bığır kəndləridir. Hazırda selin rayona vurduğu ziyanın həcmi hesablanır.
Qeyd edək ki, sel nəticəsində rayonda xeyli sayda obyektlərə, evlərə, şəxsi təsərrüfatlara da ziyan dəyib.

Sosial       Tarix: 28 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler valyuta mezennesi qarabag son xəbər