Semyon Uralov: "Məgər, İrəvan nə vaxtsa Qarabağı tanıyıb?!
Semyon Uralov: "Məgər, İrəvan nə vaxtsa Qarabağı tanıyıb?!"
Rusiyalı politoloq, SONAR-2050 analitik layihəsinin baş redaktoru Semyon Uralov Caliber.Az-a Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edib.
O, Ermənistanda Qarabağ iddialarından qəti şəkildə imtina etməsi ilə əlaqəli yaranan yeni etiraz dalğasına münasibət bildirib:
"Məgər, Ermənistan nə vaxtsa Qarabağı tanıyıb? Bir şeydən imtina etmək üçün əvvəl ona sahib olmalı və ya onu tanımalısan. Qarabağ nə indiki, nə də keçmiş vəziyyətində İrəvan tərəfindən tanınmayıb. Ona görə də, bir daha təkrarlayıram, tanımadığınız bir şeydən necə imtina edə bilərsiniz?".
Politoloq eyni zamanda, Ermənistanın bütün üçtərəfli razılaşmalardan imtina etməsi ehtimalı barədə müxalif siyasətçilərin fikirlərinə də münasibət bildirib:
"Ermənistandakı müxalifət seçkiləri qazansa belə, Baş nazir vəzifəsini konkret bir şəxs tutacaq. Əgər bu şəxs gərginləşmə yolu ilə gedərək siyasi xal qazanmaq üçün hər cür açıqlama verə bilər. Ancaq bölgədəki sabitliyin qarantı Rusiyadır və İrəvan yalnız Moskvaya arxalana bilər. ABŞ, Fransa və digər ölkələrdəki erməni lobbisi əslində bir şey edə bilmədi. Ona görə də, erməni tərəfi Moskvanı dinləməli olacaq. Rusiya isə münaqişənin həllinə yönəlmiş dəqiq bir mövqe tutub. Və İrəvan Moskva ilə birbaşa münaqişəyə getməyəcək". /oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar