Sən öz atalığını təmizə çıxart, 10 ildir övladını görmürsən
Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan model Günay Musayeva oğlu Cahangirin atası, aktyor Tolqa Karelə səslənərək, övladını xaricə aparmasına icazə verməsini istəyib. Tolqa isə ona cavab olaraq, övladının türkiyədə qalmasını istədiyini, icazə kağızını imzalamayacağını deyib. O, Günayı narkotik istifadə etməkdə, spirtli içki aludəçisi olmaqda günahlandırıb.
azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, məsələyə bu dəfə Günay münasibət bildirib. O, Tolqanın açıqlamasına belə reaksiya verib:
"Mən anayam və illərdir Cahangiri tək böyüdürəm: uşağımı qorumaq istədiyim üçün susdum. Amma indi görürəm ki, susqunluq yoxluğu normallaşdırır. Əgər bir ata illərlə uşağını görmürsə, yeni həyatında yeni övladları ilə ailə şəkillərini paylaşırsa, amma öz uşağından əsər-əlamət qoymursa, hətta uşağının xaricdə müalicə alması üçün icazə belə göndərmirsə, bunun başqa adı yoxdur. Məsələ mənim kimliyimdə deyil, məsələ uşağın pozulmuş hüquqlarındadır. Günahsızam və özümü sübut etməliyəm. Bir ananın vəzifəsi başqalarının çatışmazlıqlarını ört-basdır etmək deyil, uşağının hüquqlarını müdafiə etməkdir.
Susmuram, çünki bu mübarizə deyil, bu, vicdanın səsidir, başım dikdir, ürəyim rahatdır. Keçmiş həyat yoldaşıma bu sualları açıq şəkildə verirəm:
Uşağınızı neçə ildir görmürsünüz?
Sizə deyəcəyəm, cavab verməyə ehtiyac yoxdur. 10 il. Yeni həyat yoldaşınız və həyatınızla xoşbəxtlik arzulayıram. Yeni övladlarınız, ailənizlə paylaşdığınız şəkillərə sonsuz hörmətim var. Amma soruşuram: Cahangir haqqında paylaşım etməyinizdən neçə il keçib? Cavab: Yoxdur.
Sosial mediada və ya hər hansı bir platformada uşağım haqqında tək bir paylaşımınız varmı? Yoxdur. Sosial mediada və ya hər hansı bir platformada uşağım haqqında tək bir paylaşımınız varmı? Xeyr. Uşağımın xaricdə müalicəsi üçün tələb etdiyim icazə sənədini mənə göndərdinizmi? Niyə göndərmədiniz? Bu sualların bütün cavabları eyni sözdə birləşir: "Xeyr". Və bu "xeyr"lər sizə işarə edir. Atalığınız kimi,
bu da yoxdur".
Günay aktyorun iddiasına "Marağınızı təmin edim, mən tamamilə təmizəm. Amma məsələ bunda deyil. "Ata kimi ata" olmadığınız üçün adınızdan ictimaiyyətin gözü önündə ləkə götürəcək mən deyiləm. Mənim təmizlik testim lazım deyil. Əsl təmizə çıxmalı olan sənin atalığındır" sözlərini deyib.

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Tanınmış reperi həbsxanada döydülər
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır