Şenderoviç: "Kreml üçün yüz minlərlə rusun ölməsi əhmiyyət daşımır"

Şenderoviç: "Tamamilə bitmiş bir rejimin aydın strategiyası ilə üz-üzəyik. Kreml hər hansı insan itkisindən asılı olmayaraq, müharibəni davam etdirməyə hazırdır". 
KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlərin müəllifi rus müxalif publisist Viktor Şenderoviçdir.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti açıq şəkildə uzunmüddətli hərbi münaqişəyə hazırlaşır. O, müqaviləli əsgərlərin sağlamlıq tələblərində dəyişiklik edilməsi və orduda iki illik çağırış xidmətinin bərpası ideyası ilə bağlı xəbərləri belə şərh edib.
"Bugünkü Rusiyanı simvolizə edən və onun hansı qanunlarla yaşadığına qərar verənlər hər şeyə hazırdırlar… 100 min, 200 minmi insan öləcək. Bu onlar üçün qorxulu deyil", – deyə o qeyd edib.
Şenderoviç Çin lideri Mao Tzedunun vaxtilə "Qərblə müharibə halında 600 milyon çinlini qurban etməyə hazıram, bəs onlar hansı qurbanlara hazırdırlar" sözlərini xatırladıb.
Rusiya prezidenti indi Qərbə eyni mesajı verir. "Bəli, (biz) 150-200 min itirdik, daha çoxunu irəli sürə bilərik. Biz tükənmərik, qadınlar hələ də uşaq doğurur", – deyə Şenderoviç bildirib.
"Putin açıq-aşkar qan tökülməsinə ümid edir. Çünki o, Ukraynanın imkanlarının hər halda daha az olduğunu yaxşı bilir… Putin kifayət qədər aydın və həyasızcasına deyir: bəli, biz hazırıq, çünki qullar susacaq, Üsyan yatırılacaq və mənim nüvə silahım var, ona görə də mənə heç nə etməyəcəksiniz", – deyə müxalif publisist söyləyib.
Rusiya müxalifətçilərinin bu cür pessimist çıxışları bəziləri tərəfindən Kremlin gizli təbliğatı kimi də qəbul edilir. Onların fikrincə, özlərini müxalif kimi göstərməyə çalışan bu adamlar belə çıxışlarla həm Qərb tərəfini, əsas da ukraynalıları ruhdan düşürməyə çalışırlar. Musavat.com

Siyasi       Tarix: 07 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber sonxabar az kriminal xeberler xəbər