"Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Veysəloğlu ADA Universitetində keçirilən "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə növbəti dəfə bir araya gəlib.
azxeber.com xəbər verir ki, layihənin davamı olaraq təşkil olunan görüş səhər yeməyi formatında baş tutub.
Xatırladaq ki, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi tərəfindən təşkil edilən "Senior Talks" layihəsinin əsas məqsədi iri şirkət rəhbərlərini tələbələrlə bir araya gətirmək, CEO-ların uğur hekayələrini bölüşmək, həmçinin tələbələri ölkədə fəaliyyət göstərən aparıcı qurumlar, onların iş prinsipləri və işə qəbul prosesləri ilə yaxından tanış etməkdir. Layihə çərçivəsində ADA Universitetində keçirilən əvvəlki görüşdə ümumilikdə 90 tələbə iştirak edib və tədbir böyük maraqla qarşılanıb.
Layihənin davamı olaraq keçirilən budəfəki görüşdə "Senior Talks"da iştirakçısı olan 12 tələbə, eləcə də Veysəloğlu Şirkətlər Qrupunun bir neçə rəhbər şəxsi iştirak edib. Səmimi mühitdə keçən səhər yeməyi zamanı tələbələr onları maraqlandıran suallarla Aydın Veysəloğluna və şirkətin rəhbər heyətinə müraciət ediblər.
Görüş zamanı tələbələrlə karyera inkişafı, liderlik bacarıqları, biznes mühiti,eləcə də real iş təcrübəsinə dair fikir mübadiləsi aparılıb. İştirakçılar əvvəlki görüşdə əldə etdikləri bilikləri daha da dərinləşdirmək, birbaşa ünsiyyət vasitəsilə praktiki tövsiyələr almaq imkanı qazanıblar.
Qeyd edək ki, "Senior Talks" proqramı akademik mühitlə biznes sektoru arasında körpü rolunu oynayaraq, tələbələrin peşəkar inkişafına mühüm töhfə verir. Bu kimi görüşlərin davamlı təşkili gənclərin real biznes dünyası ilə daha yaxından tanış olmasına və gələcək karyera seçimlərini daha düzgün istiqamətləndirməsinə xidmət edir.



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb