SENSASİON məlumat yayıldı - ABŞ yeni müharibəni başlatdı
Pakistanın Əfqanıstana endirdiyi hava zərbələrinin arxasında ABŞ-ın dayana biləcəyi iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə Müasir Əfqanıstanın Araşdırılması Mərkəzinin eksperti Sergey Serenko açıqlama verib. Onun sözlərinə görə, Əfqanıstan–Pakistan sərhədində yaranmış gərginlik uzunmüddətli münaqişəyə çevrilə bilər və belə bir qarşıdurmaya "Taliban" tab gətirməkdə çətinlik çəkə bilər.
Serenko bildirib ki, Durand xətti ətrafında baş verən qarşıdurmalar xroniki xarakter daşıyır və sanki "sonsuz təkrarlanan ssenari"ni xatırladır. Ekspert qeyd edib ki, əgər qarşıdurma bir neçə günlük atışma ilə məhdudlaşarsa, "Taliban" bunu siyasi qələbə kimi təqdim edə bilər. Onun fikrincə, bu halda hərəkat göstərməyə çalışacaq ki, nüvə silahına malik Pakistan Əfqanıstanda qurulmuş sistemi məğlub edə bilməyib.
Lakin Serenko hesab edir ki, İslamabad üçün daha sərfəli variant Kabili uzunmüddətli qarşıdurmaya cəlb etməkdir. Bu isə "Taliban"ın müdafiə potensialının ciddi şəkildə zəifləməsinə səbəb ola bilər. Ekspert vurğulayıb ki, hazırda Pakistan ordusunun prosesin sürətləndirilməsi istiqamətində çalışdığı müşahidə olunur.
Bununla yanaşı, Serenko eskalasiyada ABŞ faktorunu da istisna etməyib. Onun sözlərinə görə, pakistanlılar bu tip zərbələr üçün "yaşıl işığı" amerikalılardan almış ola bilərlər və Vaşinqton faktiki olaraq Pakistanın güc tətbiq etmək hüququnu dəstəkləyib. Rəsmi qurumlar tərəfindən bu iddialarla bağlı hələlik hər hansı açıqlama verilməyib.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq