SENSASİYA: Abbas Abbasov Heydər Əliyevə necə XƏYANƏT EDİB?: Partiya sədri şok faktları AÇIQLADI

SENSASİYA: Abbas Abbasov Heydər Əliyevə necə XƏYANƏT EDİB?: Partiya sədri şok faktları AÇIQLADIBaş nazirin keçmiş birinci müavini Abbas Abbasovun "Ramiz Mehdiyev işi" üzrə istintaqa cəlb edilib. O, hal-hazırda xaricdə olduğu üçün barəsində axtarış elan edilib. Onun hakimiyyət daxilindəki təsir imkanları, xarici əlaqələri və müəyyən fiqurlarla yaxın münasibətləri ilə bağlı müxtəlif iddialar vaxtaşırı gündəmə gəlir.
KONKRET.az-a açıqlamasında Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev sabiq dövlət məmuru Abbas Abbasovla bağlı bəzi gizli məqamları açıqlayıb. Onun sözlərinə görə, Abbas Abbasovla birlikdə işlədiyi dövrdə onun müxtəlif proseslərdə aktiv rol oynadığını müşahidə edib.
H.Hacıyev bildirib ki, Abbas Abbasov hər şeyə qarışan, müxtəlif əlaqələri olan şəxs kimi tanınıb və maliyyə məsələlərində əsas bacarığı pul dövriyyəsi ilə bağlı olub.
"O vaxt taxıl məsələsi olub. Almaniyada bir erməni var idi. Biz taxıl müqaviləsini bununla bağladıq. Amma bizim onun erməni olmasından xəbərimiz yox idi. Abbas Abbasov bizi onun yanına aparmışdı. Nəticədə Azərbaycana birinci növ əvəzinə 3-cü sort taxıl göndərdilər. Həmin vaxt Heydər Əliyev bu məsələni məndən soruşmuşdu. Mən də hər şeyi açıb demişdim. Yəni Ramiz Mehdiyevin də, Abbas Abbasovun da anası və arvadı ermənidir. Hər zaman Mehdiyevlə bir yerdə olub. Hətta Prezident Aparatında yeməyi də bir yerdə yeyirdilər. Keçmiş Baş prokuror Eldar Həsənovla gizli əlaqələri var idi. Həmişə gözü hakimiyyətdə olub. Elçibəy hakimiyyətdən gedəndən sonra ilk dəfə onun arxasınca danışan adam olub. Heydər Iliyevə üzdə özünü yaxşı göstərsə də, arxada gizli planlar qururdu. Ramiz Mehdiyevi hakimiyyətə gətirmək istəyirdi. Hətta mən Mehdiyev haqda danışanda, "Lazım deyil" deyərək çəkindirməyə çalışırdı".
Partiya sədri Abbas Abbasovun Ramiz Mehdiyevlə yaxın münasibətlərinin olduğunu, sonradan onun Moskvada "Milyarderlər İttifaqı" adlanan qurumun yaradılmasına dəstək verdiyini bildirib.
Açıqlamada vurğulanıb ki, Abbas Abbasov istefa verdikdən sonra da Azərbaycandakı siyasi proseslərə marağını saxlayıb.
"Onun keçmiş baş prokuror Eldar Həsənovla münasibətləri olub və müxtəlif dairələrlə əlaqələrini qoruyub".
SENSASİYA: Abbas Abbasov Heydər Əliyevə necə XƏYANƏT EDİB?: Partiya sədri şok faktları AÇIQLADIHafiz Hacıyev Abbas Abbasovun qapalı xarakterli şəxs olduğunu, lakin müəyyən mərhələlərdə açıq mövqelər sərgilədiyini də deyib.
"Abbas Abbasovun və ətrafının əsas məqsədi Ramiz Mehdiyevin hakimiyyətə gətirilməsi olub və bu istiqamətdə fəaliyyət göstərilib".
H.Hacıyev həmçinin Abbas Abbasovun xaricdə, xüsusilə diaspor təşkilatları və bəzi diplomatik çevrələrlə əlaqələrinin geniş olduğunu deyib, bunun ictimai-siyasi vəziyyətə təsir göstərə biləcəyini vurğulayıb.
Sonda Hafiz Hacıyev Abbas Abbasovu "güclü fiqur" adlandıraraq, onun müxtəlif iddialarla gündəmdə qalmasının səbəbinin məhz bu təsir imkanları olduğunu bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 17 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber hava sonxəbərlər ən son xəbər