Şentop: "Dağlıq Qarabağı tanıma qərarı verən parlament yalnız Fransa nağıllarında ola bilər

Şentop: "Dağlıq Qarabağı tanıma qərarı verən parlament yalnız Fransa nağıllarında ola bilərŞentop: "Dağlıq Qarabağı tanıma qərarı verən parlament yalnız Fransa nağıllarında ola bilər"
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Fransa parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qərarının təsdiqlənməsinə münasibət bildirib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Şentopun sözlərinə görə, bir dövlət və ya bir qurum tarixi və hüquqi həqiqətlərdən uzaqlaşaraq, yalnız əsassız hisslərlə qərarlar verərsə, oyundan kənarda qalacaq və verdiyi söz və qərar ciddi qəbul edilməyəcək:
"Dövlət kimi var olmaq bu qədər asandırsa, dövlətçiliyin ləğvi də belə asan olmalıdır. Fransa Milli Məclisi parlament olaraq ciddi həmsöhbət olmaq keyfiyyətini itirdi".
Şentop qeyd edib ki, insanın haqqı ilə həqiqətin fərqində olması arasında bir əlaqə var və o, həqiqətin fərqinə varmağı azaldırsa, hüquqi cəhətdən də haqqını itirir:
"Siyasətçilərin sözləri və qərarları ilə gerçəklik arasındakı əlaqə də belədir. Həqiqətdən qopmaq siyasi səriştəni şübhə altına alır. Fransanın beynəlxalq aləmdə çox səs-küy yaratmasına baxmayaraq, artan hərəkətsizliyi, əlaqəsiz münasibətini qoruduğundan irəli gəlir.
Ermənistan da daxil olmaqla, dünyada heç bir dövlət tərəfindən tanımayan, tanınma iddiası Ermənistan tərəfindən dilə belə gətirilməyən Dağlıq Qarabağın dövlət kimi tanınmasına qərar verən bir parlament yalnız Fransa nağıllarında ola bilər.
Beynəlxalq hüquqa görə, Fransa Hökuməti də Azərbaycana aid olduqlarını qəbul etdiyi torpaqları müstəqil dövlət kimi tanımaq qərarına gələn millət vəkilləri yalnız komediya aktyoru rolunu oynaya bilərlər.
Şentop Fransa hökumətini ciddi olmağa dəvət edib və fransız xalqının sağlam düşüncəsinə inandığını deyib:
"İnanırıq ki, bu absurd qərarı qəbul etməyəcəklər". /oxu.az

Siyasi       Tarix: 05 dekabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son vəziyyət qarabag xeberler bu qun