Şentop: 'Türkiyə Qərbi Zəngəzurda dəhlizin açılmasını gözləyir
"Türkiyə Qafqazın əməkdaşlıq, həmrəylik və inkişaf zonasına çevrilməsinin tərəfdarıdır".
Azxeber.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ankarada Azərbaycanın 44 günlük Vətən Müharibəsində Zəfər Gününə həsr olunmuş fotosərginin açılışında deyib.
Şentop qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə Qafqazda davamlı sülh və əməkdaşlığa gedən yolda əsas maneə aradan qaldırılıb.
"Qafqazda dialoq üçün zəmin formalaşıb. İrəvanın konstruktiv yanaşma nümayiş etdirmək imkanı var. Ermənistan 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişinin bəndlərinə hörmət etməlidir. Sülh müqaviləsi imzalanmalıdır", - Şentop vurğulayıb.
Türkiyə parlamentinin sədri, həmçinin Qərbi Zəngəzurda dünya ticarətinə töhfə verəcək 46 kilometrlik dəhlizin açılmasını istəyib.
"Biz Ermənistanın özünün gələcəyinin prioritetlərini nəzərə alaraq İrəvandan cəsarətli və konstruktiv addımlar gözləyirik", - Şentop əlavə edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı