Sentyabrda Azərbaycanın mülki hava limanları 500 mindən çox sərnişinə xidmət göstərib
Sentyabrda Azərbaycanın mülki hava limanları 500 mindən çox sərnişinə xidmət göstərib
2022-ci ilin sentyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 530 mindən çox sərnişinə xidmət göstərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünün göstəricilərindən təxminən 78% çoxdur.
Paytaxt Bakının hava limanının payına 461 min sərnişin düşür ki, bunun da 412 min nəfəri beynəlxalq reyslərin sərnişinləri təşkil edir.
Göstərilən müddət ərzində AZAL və "Buta Airways" aviaşirkətləri 164 min sərnişinə və beynəlxalq reyslər üzrə 56 min sərnişinə xidmət göstəriblər. Bu, beynəlxalq daşımaların ümumi sayının 47% təşkil edib.
2022-ci ilin sentyabr ayında 29 xarici aviaşirkət Bakı hava limanına müntəzəm reyslər yerinə yetirmişdir. AZAL və "Buta Airways" aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin "Aeroflot", "Turkish Airlines" və "Utair" aviaşirkətləri tərəfindən daşınıb.
Sentyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Ər-Riyad, Ankara, Əbu-Dabi, Təl-Əviv, İzmir və Antalya şəhərləri daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 276 min sərnişinə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
Cari ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards" Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.
Bundan əlavə "Skytrax" tərəfindən Bakı hava limanını ən yüksək "5 ulduz" reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb. / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu