"Sentyabrın 15-dən Bakı yollarını fəlakətli vəziyyət gözləyir" - Deputat həyəcan təbili çaldı

Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bakıda yollarda yaranan tıxac, əhali sıxlığı, ictimai nəqliyyatda darısqallıq, bütün bunlar ciddi narahatlığa səbəb olur.
Bölgələrdə yaşayan abituriyentlərin bir çoxu Bakıda yerləşən ali məktəblərə sənəd verməyi üstünlük verirlər. Təbii ki, bu da Bakının yüklənməsinə gətirib çıxarır.
Bəs universitetlərin açılması ilə yaranacaq sıxlıq problemi necə həll oluna bilər?
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Bakının tıxac problemi bundan sonra daha dəhşətli xarakter alacaq:
"Bu problemin həll istiqamətində hansısa addımın atıldığı görünmür. Görünməsi mümkün də deyil. Zamanında özbaşına tikintilər istənilən yol infrastrukturunu zədələyəcək mahiyyətdə olub. Körpülərin çəkilişi və başqa məsələlər şəhər standarlarında uyğun gəlmir. Ona görə yollar o dərəcə yüklənib ki, infrastrukturun hansısa bir dəyişiklik ilə yenidən qurulması mümkün olmur. Yol açmaq üçün binların hamısını söküb, o qədər kompensasiya ödəmək mümkün deyil. Tələbələrin gəlişi bu məsələdə daha da problem yaradacaq. Ali məktələrin köçürülməsi istiqamətində imkanlar var idi. Amma bu imkanlardan istifadə olunmadı. İnfrastruktur məsələsi öz həllini tapmalı idi".
Fazil Mustafanın sözlərinə görə, Bakı şəhərində gecəqonduların çoxalması böyük problemdir:
"Bütün şəhərətrafı ərazilər rayondan gələn insanların tikdiyi evlərlə doludur. Ona görə də bu istiqamətdə ümidverici nəsə gözlənilmir. Tıxac daha dəhşətli olacaq. Eyni zamanda vaxt itkisi iqtisadiyyata o qədər böyük zərbə vurur ki, bunu hesablamaq çox çətindir. Hamı, ancaq özünün dar maraqları çərçivəsində baxır. Məsələn, dairəvi yol çəkilib, qurtarmalı idi. Ancaq bu yol ayrı-ayrı şəxslərə görə yarımçıq qaldı. Birinin bağı, birinin villası imkan vermədi ki, bu proses tamamlansın. Çox çətin problemdir, Bunu necə həll edəcəyik, sualına cavab vermək də çətindir. Bakı fəlakətli bir vəziyyətlə bu ili də yola verməli olacaq".
Şəbnəm Zahir

Sosial       Tarix: 06 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər dunya xeberleri ən son xəbərlər son xəbərlər azərbaycanda