SEPAH generalı ABŞ-a hədə-qorxu gəldi
İran ABŞ-ın istənilən neqativ hərəkətinə cavab vermək iqtidarındadır.
KONKRET.azxəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Ramazan Şərif deyib.
"İranın ABŞ-ın istənilən pis hərəkətinə, o cümlədən bizim gəmilərimizi ələ keçirməsinə cavab vermək və onların gəmilərini ələ keçirmək üçün gücü var. ABŞ-ın cəhdlərinə qarşı lazımi tədbirlər görüləcək", – iranlı general bildirib
ABŞ tətbiq etdiyi birtərəfli sanksiyalara görə, vaxtaşırı xam neft daşıyan İran tankerlərini müsadirə edir və nefti hərracda satır. İran isə öz növbəsində Fars körfəzi ətrafında neft daşıyan tankerlərə "dəniz qaydalarına əməl etmədikləri" əsası ilə müdaxilə edir.
ABŞ mediası avqustun 3-də Pentaqonun İranın müdaxiləsinə qarşı Hörmüz boğazında gəmilərə silahlı dənizçilər və dəniz piyadalarını yerləşdirməyə hazırlaşdığını yazıb. Bu xəbərdən sonra İran İnqilab Keşikçiləri Ordusu Hərbi Dəniz Qüvvələri 300-1000 kilometr mənzilə malik müxtəlif növ raketləri inventarına əlavə etdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı dünən elan edib ki, təxminən 3000 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu avqustun 6-da Yaxın Şərqə çatıb.//modern

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı