Serbiya ilə əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir

Serbiya ilə əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edirDekabrın 10-da Azərbaycan dövlət başçısı cənab İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyayada bir günlük işgüzar səfərdə olub. Səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri oldu. Elə həmin gün Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Serbiya, Bolqarıstan prezidentləri İlham Əliyev, Aleksandar Vuçiç və Rumen Radev iştirak ediblər. Bu açılış mərasimin ardınca Azərbaycan və Bolqarıstan dövlət başçılarının təkbətək görüşü olub. 
Azərbaycan Prezidentinin Serbiyaya səfərini, orada keçirdiyi görüşlərin böyük əhəmiyyətə malik olduğunu vurğulamaq istəyirəm. Serbiya ilə çoxtərəfli müttəfiqlik, strateji münasibətlər ölkəmizin Avropa, əsasən də Balkan dövlətləri ilə bağlı siyasətinin prioritet istiqamətidir. Prezident cənab İlham Əliyev indiyə qədər Serbiyaya səfərlər edib eyni zmanda, Aleksandr Vuçiç də dəfələrlə bizim ölkəmizə gəlib. Hər iki dövlət beynəlxalq platformalarda da bir-birini dəstəkləyir, ələxüsus ərazi bütövlüyü məsələsində Bakı ilə Belqrad eyni mövqedən çıxış edir.
Qeyd edim ki, ölkələr arasında iqtisadi təmasların da gündəmin əsas mövzusudur.  Serbiya şirkətləri Azərbaycanda təmsil olunurlar, bizim bu ölkəyə kapital yatırımlarımız var, Serbiyanın infrastruktur layihələrində iştirak edirik. Bu müstəvidə Azərbaycanın Serbiyanın əsas qaz tədarükçüsünə çevrilməsinin xüsusi əhəmiyyəti var. Biz hazırda mavi yanacaq təminatı ilə bağlı Avropanın 10-a yaxın dövləti ilə işbirliyindəyik. Gürcüstandan başlayan yolumuz Serbiya, Albaniyayadək uzanır. Bu kəmərlər şəbəkəsində Serbiya ilə əməkdaşlığımız fikrimcə, xüsusi əhəmiyyət kəsb edir, çünki bu ölkə vasitəsilə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında rolumuzun coğrafiyası daha da genişlənəcək. Yeri gəlmişkən, son interkonnektorun istifadəyə verilməsi bunun göstəricisidir. 
Hazırda gündəmdə dayanan məsələlərdən biri də Azərbaycanda əldə edilmiş yaşıl enerjinin Qara dənizin dibindən çəkiləcək xüsusi xətt ilə Gürcüstan vasitəsilə Rumıniya və Macarıstana ötürülməsidir. Biz bu yolla Şərqi Avropanın iki mühüm ölkəsini elektrik enerjisi ilə təmin edəcəyik. Bu, onların enerji təhlükəsizliyinə bir töhfə olacaq. Güman edirəm ki, bu layihə icra olunduqca tək Rumıniya və Macarıstanla məhdudlaşmayacaq, əsasən Avropanın şərqində yerləşən ölkələr hesabına daha da genişlənəcək. Bizim bərpa olunan enerji sahəsində olduqca böyük potensialımız var. Üstəlik, indi məlumatlar var ki, Orta Asiyanın qardaş türk dövlətləri də ekoloji cəhətdən təmiz enerjinin istehsalına başlamaq niyyətindədirlər. Bu enerjinin ixracı Azərbaycan üzərindən həmin xətt vasitəsilə Avropaya ixrac oluna bilər. Düşünürəm ki, bizim ixracatçı kimi başlıca rol oynadığımız bu layihəyə gələcəkdə Serbiya da qoşula bilər. Bir sözlə, siyasi  müttəfiq və iqtisadi tərəfdaş kimi əməkdaşlıq imkanlarımız çoxdur.
Ən nəhayət, səfər çərçivəsində İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar. Bu ölkənin müdafiə sənayesi komplekslərində idarə olunan raket sistemlərinin istehsalı da inkişaf edib. Düşünürəm ki, Serbiya bir çox ölkələrə, xüsusən də Pakistana və digər xarici dövlətlərə silah, texniki avadanlıq ixrac edir. Görünür ki, Azərbaycandan qaz ixrac edən Serbiya iqtisadi əməkdaşlığın hərbi əməkdaşlıq müstəvisinə keçməsində maraqlıdır və buna görə də Prezident cənab İlham Əliyevin səfəri çərçivəsində silah-sursatın nümayişi təşkil olunub. 
Sonda bildirmək istəyirəm ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiyanın daha da genişləndirilməsindən ibarətdir.
Fərhad MÖHBALIYEV
İqtisad üzrə fəlsəfə doktoru / azxeber.com

Siyasi       Tarix: 12 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri son xeberler bugun cəbhədən xəbər sonxeber