Sərdar Cəlaloğlu: "Partiya üzvləri yapışıblar ki, prezident seçkilərində iştirak etməlisən"
İki aydan sonra Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Gələn il fevralın 7-nə nəzərdə tutulan seçkilərdə namizədlərin kimliyi hələlik bəlli olmasa da, bəzi ehtimallar irəli sürülür.
Buna görə də məsələylə bağlı ADP sədri Sərdar Cəlaloğluna müraciət etdik.
KONKRET.az-ın suallarını cavablandıran partiya sədri bildirdi ki, növbədənkənar prezident seçkilərinin elan edilməsi onun üçün gözlənilməz olub:
"Çünki cəmiyyətdə daha çox referendum və növbədənkənar parlament seçkilərilə bağlı fikir dolaşırdı. Ona görə də heç kəs prezident seçkiləri haqqında düşünmürdü. Birdən-birə, qəflətən prezident seçkilərinin gündəmə gəlməsi hamını seytnota saldı. Çox az vaxt var, düşünürəm ki, sırf normal proses olacaq. Partiyamızda bu məsələ ilə bağlı hələlik bir qərar yoxdur. Açığı, seçkilərdə namizəd olmaq fikirində deyiləm. Amma partiya üzvləri yapışıblar ki, yox, iştirak etməlisən".
Daha sonra seçkilərdə namizədlərin kimiliyi ilə bağlı məsələyə toxunan partiya sədri bildirib ki, istənilən adam alternativ ola bilər: "Burada hər şeyi xalq müəyyən edir. Tutaq ki, kimsə real namizəddir, guya nə baş verəcək? Real namizəd niyə görmürəm? Azərbaycanda real namizədlər çoxdur. Bunlar İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseynli, Mirmahmud bəydir. Amma bunlardan kimlərin namizədliyini verəcəyini deyə bilmərəm. Sən axı real namizəd nəyə deyirsən?".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi