Sərdar Cəlaloğludan PUTİNƏ: "Azərbaycan torpaqları sənin DƏDƏNİNDİR?"

Sərdar Cəlaloğludan PUTİNƏ: "Rusiyaya nota verməyimizdən cəmi 2 gün keçib və guya Rusiya ədalətli bitərəf kimi Ermənistanla Azərbaycan arasında münaqişəni yoluna qoymaq istəyir. Mənə elə gəlir ki, bu, Rusiyanın riyakarlığından xəbər verir".
KONKRET.az-a özəl açıqlamasında bunları deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Soçi görüşünü də şərh edib. Onun fikrincə, belə görüşlər Azərbaycan dövlətçiliyi üçün təhlükə kəsb edir. Çünki:
"Rusiyanın burada bir məqsədi var. İndiki situasiyadan mümkün qədər istifadə edib Azərbaycan torpaqlarında özlərinə hərbi baza statuslu ərazi yaratmaq istəyirlər. Bununla da Cənubi Qafqazdakı bütün proseslərdə iştirak etmək fikrindədirlər. Rusiya Ermənistanla Azərbaycan arasında heç vaxt sülh istəməyəcək. Hətta bu gün Kremlin şərtlərilə razılaşdırılmış sülh müqaviləsi imzalansa, Rusiya orada yerini möhkəmlədəndən sonra yenidən Ermənistan-Azərbaycan, Ermənistan-Gürcüstan, yaxud Azərbaycan ilə Gürcüstan arasında münaqişələr törədib özünün regiondakı mövcudluğunu genişləndirəcəkdir. Rusiya bu məsələdə səmimi deyil".
Sərdar Cəlaloğlu Putinin Valdayda erməni politoloq İskəndəryanın sualına verdiyi cavaba da toxunub. Xatırladaq ki, erməni sualına rus cavabında Putin yekəxana formada deyirdi ki, II Qarabağ müharibəsi olmasaydı, danışıqlar yolu ilə İrəvan Bakıya 5 rayonu (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) qaytaracaq, Kəlbəcər və Laçından isə koridor kimi yararlanacaqdı:
"Sən demə, indiyə qədər erməniləri də bizim üstümüzə yollayan, etiraf edək ki, Rusiya olub. Necə yəni, 5 rayonu Azərbaycana verək, qalanı Ermənistanda qalsın? Azərbaycan torpaqları sənin dədənin torpaqlarıdır? Sənin bura nə aidiyyatın var? Vaxtı ilə işğal edibsən, amma Azərbaycan müstəqillik əldə edib və torpaqların sahibi Azərbaycandır. Ona görə də Soçi görüşü barədə optimist deyiləm".
ADP sədri cavabını belə tamamlayıb ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında heç vaxt ədalətli sülh ola bilməz.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 31 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim iqtisadiyyat xeberleri bugun bugünki xəbərlər cəbhədən son görüntülər