Sergey Lavrov: "Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var
Sergey Lavrov: "Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var"
"Biz Prezident İlham Əliyevlə görüşdə əlaqələrimizi kompleks şəkildə müzakirə etdik. Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var".
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, son dörd ayda Azərbaycan və Rusiya liderləri bir dəfə görüşüb, beş dəfə telefonla danışıb.
"Mən özüm də tez-tez azərbaycanlı həmkarımla əlaqədəyəm", - deyə S.Lavrov əlavə edib.
O qeyd edib ki, bu ay Azərbaycan Baş naziri Əli Əsədovun Moskvaya səfəri gözlənilir.
"Ölkələrimiz arasında ticarət dövriyyəsi 3 milyard dollar idi. Bu rəqəm koronavirus pandemiyası ilə əlaqədar bir qədər azalıb", - deyə S.Lavrov bildirib.
O bildirib ki, Rusiya istehsalı olan vaksinlərin birinci partiyası Azərbaycana gətirilib:
"Humanitar sahədə əlaqələrimiz genişlənir. Bu il Azərbaycanda Azərbaycan-Rusiya Regionlararası Forum keçiriləcək. Rusiyada isə Azərbaycan günləri keçiriləcək".
Aqşin Kərimov
Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar