Sergey Lavrov: "Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir
Sergey Lavrov: "Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir"
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya ilə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə fərqli yanaşmalarının olduğunu, ancaq nəticədə ortaq məxrəcə gəlməyi bacardıqlarını açıqlayıb.
Bu barədə "İnterfax" məlumat yayıb.
O xatırladıb ki, konfliktin başlanğıcında Ankarada bu münaqişənin hərb yolu ilə həllinin ola biləcəyini bildirildiyi vaxt Rusiya tərəfi Türkiyənin fəaliyyətləri ilə razılaşmayıb.
"Ancaq indi Prezident Putin və onun həmkarları – Azərbaycan və Ermənistan liderlərinin səyləri nəticəsində razılıq əldə olunub", - deyə S.Lavrov bildirib.
O vurğulayıb ki, həm Rusiya, həm də Türkiyə Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə olduğu kimi ortaq məxrəcə gəlmək üçün təmas nöqtələri və yollar tapırlar.
"Əminəm ki, Rusiya və Türkiyənin münasibəti iki müstəqil ölkənin hədəflərini reallaşdırmaq üçün çalışdıqlarına, heç kimə boyun əymədiklərinə, ultimatum qəbul etmədiklərinə və kənardan təzyiqlərə tabe olmadıqlarına nümunədir. Türkiyənin NATO üzvü olması iki ölkənin münasibətləri üçün əngəl deyil", - deyə S.Lavrov bildirib.
Lavrov əlavə edib ki, Rusiya və Türkiyənin Liviyadakı vəziyyətə yanaşması da fərqlənir, lakin iki ölkənin münaqişə tərəflərinə təsiri müsbət nəticələrin əldə olunmasına şərait yaradır. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."