Sergey Lavrov: "Qərb keçmiş Sovet respublikaları arasında əlaqələri pozmağa çalışır"
Qərbin əsas planı Rusiya ilə MDB ölkələri arasında əməkdaşlığı məhv etməkdir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasının iclasında deyib:
"Qərb həmişə Rusiyadan qorxub. Ona görə də bütün resurslarını və enerjisini anti-Rusiya kampaniyasına yönəldib. Bütün bunların hamısı postsovet məkanında cəmləşib. Onlar keçmiş İttifaq respublikaları arasında əlaqələri pozmağa çalışırlar".
Lavrovun sözlərinə görə, Vaşinqton Qərb institutlarının, qeyri-hökumət təşkilatlarının dəstəyindən istifadə edir: "Biz bu barədə müttəfiqlərimizlə açıq danışırıq. Onların böyük əksəriyyəti Qərbin planlarını mükəmməl başa düşür. Amma onlar Qərb dövlətləri ilə mübahisə etmək istəmirlər. Qərb bizə qarşı müharibəyə başlamasaydı, biz də onunla mübahisə etməzdik".
Rusiya XİN rəhbəri qeyd edib ki, Qərb postsovet məkanı ölkələrinin onilliklər, əsrlər boyu yaranan əlaqələrini dağıtmaq üçün xüsusi plan hazırlayıb: "Bizim əsas səylərimiz bu planı dağıtmağ yönəldilməlidir".
Vəli Həsənov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi