Sergey Mardan: "Kreml Dağlıq Qarabağda hər hansısa təxribatı birbaşa hərbi müdaxilə ilə yatıracaq"

Sergey Mardan: "Rusiyanın bütün postsovet məkanında dağıdıcı rolu artır. Kremlin təbliğat maşını isə təkcə Qazaxıstanda deyil, digər ölkələrdə də getdikcə daha çox reaksiya ilə üzləşir".
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın məşhur teleqram kanallarından birinə gizli mənbədən daxil olan məlumatda deyilir.
Məlumatda bildirilir ki, hazırda rusiyalı jurnalistlərin, təbliğatçıların və politoloqların artan təzyiqi təkcə Qazaxıstana deyil, həm də Azərbaycana qarşı yönəlib. Belə ki, Rusiya tərəfinin Azərbaycanın hakimiyyət orqanlarına qarşı irəli sürdüyü iddialar Qazaxıstan əleyhinə səsləndirilən fikirlərə bənzəyir. Azərbaycan hakimiyyəti postsovet məkanında "pantürkizmin lokomotivi" rolunu oynamaqda günahlandırılır.
Anonim mənbənin məlumatına görə, Rusiyada bəzi şəxslər Azərbaycana qarşı hərbi təhdidlərin səsləndirilməsinə icazə verirlər. Hansı ki, bu addım Qazaxıstana qarşı da istifadə edilib. Belə ki, rus təbliğatçısı Sergey Mardan bildirir ki, Kreml Zaqafqaziya ərazisində və xüsusən də Dağlıq Qarabağda hər hansısa təxribatı birbaşa hərbi müdaxilə ilə yatıracaq. Digər rus təbliğatçısı Sergey Karnauxov isə hətta bəyan edir ki, Dağlıq Qarabağın mübahisəli əraziləri ("Artsax") Rusiyanın nəzarətinə keçməli və onun bir hissəsi olmalıdır. Bu cür ritorika Rusiya ictimai xadimlərinin şimal və şərq ərazilərinin Qazaxıstandan ayrılması fikirləri ilə eynilik təşkil edir. Və son nəticədə bütün postsovet məkanında rusofob əhval-ruhiyyəni oyadır.
Bununla belə, Rusiya ilə ortaq sərhədi olmayan və Türkiyə hakimiyyətinin birbaşa himayəsində sayılan Qazaxıstan hakimiyyətindən fərqli olaraq, Azərbaycan Kremlin təbliğat maşınının hücumlarına kifayət qədər sərt cavab verir. Rusiyanı birbaşa ittiham edir, sülhməramlıları humanitar yardım adı altında Laçın dəhlizində silah-sursat daşımaqda günahlandırır. Həmçinin Suriyadan İrana silah daşınmasında Kremli günahkar sayır. Yeri gəlmişkən İran Rusiya ilə müttəfiq olaraq gərginlik yaradır və Azərbaycanın tarixi Naxçıvan bölgəsinə öz hüquqlarının olduğunu iddia edir. Bu, həqiqətən də rəsmi Bakı üçün ciddi təhlükədir. Bakının diqqətçəkən cavablarından biri də əslən azərbaycanlı olan  və vaxtilə Rusiya Dumasında deputat kürsüsündə əyləşən  oliqarx və milyarder Fərhad Əhmədovun həbsidir.  Azərbaycanın xüsusi xidmət orqanlarının açıqlamalarına görə, bu şəxs rəsmi olaraq Rusiyaya casusluqda ittiham edilir.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 14 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son dəqiqə xəbər.az xeber.az son xeberler