Sergey Markov: "İlham Əliyevin Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil" - MÜSAHİBƏ

Sergey Markov: "İlham Əliyevin Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil" - MÜSAHİBƏSergey Markov: "İlham Əliyevin Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələr beynəlxalq ekspertlərin reaksiyasına səbəb olmağa davam edir.
Əlavə diqqəti "Münhen prinsipləri"ni paylaşan Ermənistanın Baş naziri özündə cəmləşdirib. Ermənistan lideri Azərbaycan Prezidenti İlham Əliyevlə özü üçün uğursuz olan debatındakı (analitiklər, o cümlədən erməni təhlilçilərin əksəriyyəti Nikol Paşinyanın çıxışını belə qiymətləndirib) tezisləri qısaca təqdim etməyə çalışıb.
Onların mahiyyəti nədir? Nikol Paşinyan Dağlıq Qarabağın separatçı rejiminin münaqişə və danışıqlar tərəfi olduğu barədə yazıb. Ancaq o, Dağlıq Qarabağın azərbaycanlı icması barədə xatırlatmayıb. Paşinyan erməni tərəfinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri də azad etmək istəmədiyini bəyan edib, çünki Dağlıq Qarabağın separatçı rejimi "öz təhlükəsizliyindən keçə bilmir".
Media.az  tanınmış rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Rusiya Federasiyasının İctimai Palatasının üzvü və Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey Markovla söhbət edib:
- Ən başlıcası odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması region üçün mütləq vacibdir. Əsas ziddiyyət bundan ibarətdir ki, indi fərqli güc nisbəti mövcuddur. Azərbaycan 30 il əvvəl olduğu kimi deyil. Əlbəttə ki, Bakı Qarabağın və ətraf rayonların qaytarılmasını tələb edəcək.
"DQR", Azərbaycanın işğal olunmuş digər rayonları kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Onlar Azərbaycanın ayrılmaz hissəsidir. Məhz Azərbaycan dinc və ya hərbi yolla onları qaytarmaq hüququna malikdir.
Dağlıq Qarabağda və ətraf ərazilərdə kütləvi etnik təmizləmə aparıldığı, azərbaycanlıların qovulduğu açıq-aydın görünür. Deməli, Qarabağın "müstəqilliyini" tanımaqdan söhbət belə gedə bilməz. Etnik təmizləmənin nəticələri tanına bilməz.
Təəssüflə etiraf etməliyəm ki, yenidən hərbi əməliyyatlar təhlükəsi artır, bunu əvvəllər də demişdim. Azərbaycan isə Ermənistan Silahlı Qüvvələrindən xeyli üstün olan orduya sahibdir. Bundan əlavə, Azərbaycanın güclü iqtisadiyyatı digər ölkələrə rəsmi Bakının haqlı olduğunu göstərir.
- Axı dinc yolla nizamlama planı var idi.
- Bəli. "Kazan düsturu" hazırlanmışdı. Bu, irəliyə doğru bir addımdır. Bunun mahiyyəti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal etdiyi əraziləri Azərbaycana qaytarmasıdır. Buna cavab olaraq, Azərbaycan Ermənistanın iqtisadi blokadasını ləğv edərək, bu ölkə ilə Qarabağ bölgəsi arasında əlaqə qurmaq üçün dəhliz qoyur. Bundan sonra sülhməramlıların daxil olması, Qarabağın müvəqqəti statusunun müəyyən edilməsi məsələlərinin müzakirəsi gəlir. Bu, münaqişənin güc yolu ilə həlli variantından qaçmağa kömək edəcək.
"Kazan düsturu" masadadır və həyata keçməlidir. Ancaq təəssüf ki, Nikol Paşinyan qorxur. Buna görə də o, bu kompromisi Qarabağın erməni icması ilə "bölmək" istəyir.
Hazırda Paşinyan onların xoşuna gəlməyə çalışır, ümid edir ki, Qarabağdakı "seçkilərdə" onun namizədi qalib gələcək. Beləliklə, Nikol Paşinyanın Münhendəki çıxışı Qarabağın erməni icmasına etdiyi müraciət kimi qiymətləndirilməlidir.
- Münhendəki müzakirəni necə şərh edərdiniz?
- Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik istedadını, dünya liderləri ilə ünsiyyət təcrübəsini nəzərə alanda, onun Nikol Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil.
Üstəlik, həqiqət Azərbaycan Prezidentinin yanındadır. Çünki hamı bilir ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər işğal olunub, orada etnik təmizləmə aparılıb. Tarixə ekskursiyalar barəsində isə onu deyə bilərik ki, Nikol Paşinyanın Böyük Tiqranla əlaqəli açıqlaması, yəqin ki, kiçik millətin bir növ yeniyetməlik kompleksinin irrasional şüurunun təzahürüdür.   /oxu.az

Siyasi       Tarix: 17 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal xeber bugünkü son xəbərlər xeber.az bu gun