Sergey Markov Lavrovun İrəvana səfəri barədə: "Paşinyan nəyinsə bazarlığını etməyə çalışırdı

Sergey Markov Lavrovun İrəvana səfəri barədə: "Paşinyan nəyinsə bazarlığını etməyə çalışırdıSergey Markov Lavrovun İrəvana səfəri barədə: "Paşinyan nəyinsə bazarlığını etməyə çalışırdı"
Bir gün əvvəl işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfərindən Moskvaya qayıdan məşhur rusiyalı ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvana səfərini şərh edib.
"Görünən budur ki, tərəflər - Rusiya və Ermənistan - bir-birlərini eşitmirlər, tamamilə başqa şeylərdən danışırlar", - deyə o Caliber.Az-a müsahibəsində deyib.
"Mövzuya səfərin Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri fonunda baş verməsindən başlayacağam. Moskva qərar verməlidir: kimisə dəstəkləyəcəkmi? İki seçim var.
Birincisi, daha çox rusiyapərəst və s. kimi Robert Koçaryanın qruplaşmasını dəstəkləmək. Ancaq problem ondadır ki, Robert Koçaryan Nikol Paşinyandan daha az populyardır və onun tərəfdarları Qarabağ məsələsi və müharibənin nəticəsi üçün intiqam almağa meyllidirlər.
İkincisi, Nikol Paşinyandır. Ancaq Rusiya Federasiyası rəhbərliyi Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qərblə bağlı siyasətində aydınlıq istəyir", - deyə o bildirib.
Siyasətçi qeyd edib ki, Rusiya bir müddətdən sonra seçkilərdə istədiyi nəticəni alan Nikol Paşinyanın yenidən qərb istiqamətinə dönəcəyindən ehtiyat edir:
"Moskva Paşinyanın Qərbə tərəf dönməməsi üçün siyasətində bəzi geri dönməz dəyişikliklər etmək istəyər. Bioloji Təhlükəsizlik Memorandumu elə ABŞ biolaboratoriyaları və qərblilər üçün rəmzi məna daşıyan digər şeylərlə əlaqədar yaradılıb.
Rusiya neytral mövqe tutarsa, bu, Nikol Paşinyanın həm nisbətən çox olan populyarlığından, həm də administrativ resurslarından istifadə edərək qalib gəlməsini təmin edəcək. Moskva qərar verməlidir. Əslində bu, Rusiya nöqteyi nəzərdən Sergey Lavrovun İrəvanda hazırkı danışıqlarının mahiyyətini təşkil edir".
Markovun sözlərinə görə, İrəvan isə bu məqamdan istifadə edib nəyinsə bazarlığını etməyə çalışırdı:
"Deyirlər ki, bəli, biz (Ermənistan) imzaladıq (10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar), lakin gəlin yenidən imzalayaq, statusu yada salaq, mina xəritələri ilə bağlı bazarlıq edək. Beləliklə, Rusiya və Ermənistanın iki fərqli gündəliyi var idi, lakin bu çox vaxt belə olur.
Və çox şey Sergey Lavrovun mövqeyinin sərtliyindən asılı olub və asılıdır. Əsas, bağlanmış müqavilələrə yenidən baxılması yox, İrəvanın onları necə həyata keçirməsidir". /oxu.az

Siyasi       Tarix: 07 may 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler cəbhədən ən son xəbərlər son xeberler bu gun bu gunun xeberleri