Sergey Strokan: "KTMT-nin Ermənistanın müraciətinə reaksiyasını çox yaxşı bilirsiniz

Sergey Strokan: "KTMT-nin Ermənistanın müraciətinə reaksiyasını çox yaxşı bilirsinizSergey Strokan: "KTMT-nin Ermənistanın müraciətinə reaksiyasını çox yaxşı bilirsiniz"
Sosial şəbəkələr, "Telegram" kanalları və KİV Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə il əvvəl verdiyi açıqlamasını yenidən gündəmə gətirdi. O zaman Rusiya Federasiyasının türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istəyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) qoşulmağı nəzərdən keçirmək imkanları barədə məsələ var idi.
Ermənistanda eyni zamanda, Qazaxıstanın Azərbaycan tərəfini bu yaxınlarda AİB (Avrasiya İqtisadi Birliyi) ölkələrinin hökumətlərarası Şurasının iclasında iştirak etməyə dəvət etdiyini də xatırladıblar (yenə də Ermənistanda göstərməyi çox sevdikləri türk faktoru). Əlbəttə ki, İrəvan buna qarşı çıxıb və fikir birliyi olmadığı üçün Azərbaycan nümayəndə heyəti tədbirin keçirildiyi Kazana getməyib.
Məşhur rusiyalı siyasi şərhçi Sergey Strokan Caliber.Az-a verdiyi müsahibəsində deyib ki, ölkələrimiz (Rusiya və Azərbaycan-red.) həm Şərqə, həm də Qərbə yönəlmiş çoxvektorlu siyasət yürüdür:
"Söhbət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından gedirsə, onda bu artıq özünü tanıtmış qurumdur, Rusiya isə bayraqlarını hara mümkündürsə yerləşdirməyə çalışır. Rusiyanın Türk Şurasında iştirakı üçün heç bir əks göstəriş görmürəm. Rusiyada türkdilli əhali yaşayır, strateji tərəfdaşlarımız, Qazaxıstan özü, Türk Şurasındadır. Bəs Rusiya niyə xüsusən çoxtərəfli əməkdaşlıq ideyalarının həyata keçirilməsinə, ortaq mədəni köklərin möhkəmlənməsinə və inteqrasiya proseslərinin inkişafına töhfə verəcəyi qurumda olmasın?".
"Biz yaxşı bilirik ki, erməni cəmiyyəti, sosial şəbəkələr həddən artıq həyəcanlı, qıcıqlıdır. Buna reaksiya verməyə dəyməz, bununla uzağa gedə bilməyəcəyik. İndi maraqlı bir vaxt gəlib, ənənəvi birliklər, ittifaqlar, keçmişə çevrilir. Yəni, tez-tez bir tərəfdaşın kağız üzərində olan müttəfiqdən daha əhəmiyyətli ola biləcəyi vəziyyətlərlə qarşılaşırıq. Ölkələrin həqiqətən bir-biri üçün nə demək olduğunu araşdırmalıyıq", - deyə Sergey Strokan bildirib.
Həmsöhbətimiz KTMT-nin bu yaxınlarda Ermənistanın bu quruma müraciətinə reaksiya verdiyini nümunə gətirib:
"Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan kollektiv təhlükəsizlik müqaviləsinin ikinci maddəsi üçün müraciət etdi, amma bunun reaksiyasının nə olduğunu çox yaxşı bilirsiniz. KTMT açıq şəkildə bildirdi ki, heç bir hərbi-siyasi qərardan söhbət gedə bilməz, yalnız siyasi-diplomatik yol var". /oxu.az

Siyasi       Tarix: 24 may 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /

Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO

İyulun 9-da müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfir

İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Nazirlər Kabinetin

İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzr

Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

IV Şuşa Qlobal Media Forumu növbəti dəfə göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal siyasi dialoqun və beynəlxalq media əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Dünyanı

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber cəbhədən son xəbərlər en yeni xeberler xeber.az