Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb.
KONKRET.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Vaşinqtonun bu cəhdləri ABŞ və İsrail hərbçilərini Yaxın Şərqdə törətdikləri iddia edilən müharibə cinayətlərinə görə beynəlxalq məsuliyyətdən kənarda saxlamaq məqsədi daşıyır.
Mehr agentliyinin məlumatına görə, Qəribabadi ABŞ-ın bu addımını ədalət mühakiməsinə qarşı birbaşa şantaj və təzyiq kimi qiymətləndirib. Nazir müavini vurğulayıb ki, Vaşinqton beynəlxalq hüquq sistemini öz siyasi maraqlarına uyğunlaşdırmaq üçün ədalətli mühakimə prosesinin qarşısını almağa çalışır.
Tehranın bu mövqeyi 2026-cı ilin iyul ayında ABŞ və İran arasında kəskinləşən hərbi və diplomatik gərginlik fonunda səsləndirilib. Rəsmi Tehran ABŞ-ı həm regional münaqişələrdə beynəlxalq hüquq normalarını pozmaqda, həm də qlobal təhlükəsizlik razılaşmalarını, xüsusilə "İslamabad Memorandumu" kimi sənədləri qüvvədən salmaqda ittiham edir. İran tərəfi hesab edir ki, ABŞ-ın beynəlxalq qurumlara qarşı apardığı bu siyasət qlobal hüquqi nizamı təhdid edən destruktiv bir yanaşmadır.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK