Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdiIV Şuşa Qlobal Media Forumu növbəti dəfə göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal siyasi dialoqun və beynəlxalq media əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə Azərbaycanın xarici siyasət prioritetlərini və dəyişən beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni bir daha aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyevin forum çərçivəsində beynəlxalq media nümayəndələrinin suallarını cavablandırarkən verdiyi mesajlar göstərdi ki, Azərbaycan qlobal geosiyasi prosesləri yalnız izləyən deyil, həm də onlara təsir göstərən ölkələr sırasında yer alır. Dövlət başçısının vurğuladığı kimi, milli maraqlara söykənən müstəqil xarici siyasət, güclü iqtisadi potensial, müasir ordu və etibarlı tərəfdaş imici Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın artıq "orta güc" statusuna yüksəlməsi ilə bağlı səsləndirilən fikirlər idi. Müasir beynəlxalq münasibətlər sistemində bu status yalnız iqtisadi göstəricilərlə deyil, həm də siyasi təsir imkanları, diplomatik çeviklik, regional təhlükəsizlikdə oynadığı rol və beynəlxalq təşəbbüslərə verdiyi töhfələrlə müəyyən edilir. Azərbaycan bu xüsusiyyətlərin hər birini öz praktiki fəaliyyəti ilə nümayiş etdirə bilib.
Forumda Azərbaycanın geostrateji mövqeyinin yaratdığı üstünlüklər də xüsusi vurğulandı. Son illərdə həyata keçirilən iri infrastruktur layihələri, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, müasir logistika imkanları və qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq siyasəti ölkəmizi Avrasiyanın mühüm tranzit mərkəzlərindən birinə çevirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan bu üstünlüyünü regional əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurla dəyərləndirir.
Enerji təhlükəsizliyi mövzusu da forumun əsas gündəlik məsələlərindən biri oldu. Hazırda Azərbaycanın 16 ölkəyə təbii qaz ixrac etməsi və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış etməsi ölkənin strateji əhəmiyyətini daha da artırır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa üçün alternativ enerji mənbələrinin ön plana çıxması Azərbaycanın rolunu daha da gücləndirib.
Prezident İlham Əliyevin çıxışında Avropa təsisatları ilə münasibətlərə dair səsləndirdiyi fikirlər də diqqət çəkdi. Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa sadiq olduğu bir daha bəyan edildi. Bununla yanaşı, bəzi Avropa institutlarının ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzli yanaşmaların münasibətlərə mənfi təsir göstərdiyi qeyd olundu. Bu mövqe Azərbaycanın prinsipial xarici siyasət kursunun davamı kimi qiymətləndirilə bilər.
Eyni yanaşma Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti ilə münasibətlərdə də öz əksini tapdı. Prezident İlham Əliyev bu qurumların bəzi qərarlarının hüquqi deyil, siyasi motivlərə əsaslandığını vurğulayaraq, Azərbaycanın gələcək əməkdaşlığının yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında mümkün olacağını bildirdi.
ABŞ ilə münasibətlər barədə verilən mesajlar da yeni mərhələnin başlandığını göstərir. Bakı ilə Vaşinqton arasında siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli təmasların artması və strateji tərəfdaşlıq istiqamətində atılan addımlar ikitərəfli münasibətlər üçün yeni perspektivlər açır. Bununla yanaşı, Prezident İlham Əliyev uzun illərdir qüvvədə qalan "907-ci düzəliş"in artıq mövcud geosiyasi reallıqlarla uzlaşmadığını və onun ləğvinin zəruriliyini bir daha gündəmə gətirdi.
Forumun ən mühüm mesajlarından biri isə daxili həmrəylik və milli birliklə bağlı idi. Dövlət başçısı vurğuladı ki, mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın əsas gücü xalqla dövlət arasında mövcud olan etimad, milli maraqlar ətrafında formalaşmış birlik və cəmiyyətin həmrəyliyidir. Bu amil ölkənin gələcək inkişafının və təhlükəsizliyinin əsas təminatlarından biri kimi dəyərləndirilir.
IV Şuşa Qlobal Media Forumu həm də bəzi anti-Azərbaycan dairələrinin apardıqları dezinformasiya kampaniyalarının nəticəsiz qaldığını nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən gələn nüfuzlu media nümayəndələri Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini öz gözləri ilə gördülər, bölgədə formalaşmış yeni reallıqlarla yaxından tanış oldular. Bu isə faktların qərəzli təbliğatdan daha güclü olduğunu bir daha sübut etdi.
Bu gün Şuşa yalnız Azərbaycanın deyil, regionun mühüm siyasi və informasiya platformalarından birinə çevrilməkdədir. Burada səslənən fikirlər, aparılan müzakirələr və qurulan beynəlxalq əlaqələr göstərir ki, Azərbaycan öz milli maraqlarına söykənən müstəqil siyasət kursunu uğurla davam etdirir. IV Şuşa Qlobal Media Forumu da bu siyasətin beynəlxalq miqyasda təqdim olunduğu, həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığı və qlobal media əməkdaşlığının inkişafına töhfə verən nüfuzlu platforma kimi əhəmiyyətini daha da möhkəmləndirdi.
Milli Məclisin deputatı Könül Nurullayeva / azxeber.com

Siyasi       Tarix: 15 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Medvedyevdən SƏRT XƏBƏRDARLIQ: Litva dünya xəritəsindən silinə bilər

Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə Litva "dünya xəritəsindən silinə bilər". xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəyan edib. Onun sözlərinə görə, Litv

"Ermənistanda bir diktatura - bir nəfərin hakimiyyəti qurulub" - Danielyan

2018-ci ildən əvvəl Ermənistanda bir çox çatışmazlıqlar var idi, amma indi baş verənlər bununla müqayisə edilə bilməz. KONKRET.azxəbər verir ki, bunu politoloq Stepan Danielyan sentyabrın 11-də siyasi mülahizələrə görə təqi

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır' - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfərini etdiklərini bildirib. xəbə

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Senator: "ABŞ sanksiyaları qlobal dedollarizasiyanı sürətləndirib"

ABŞ və müttəfiqlərinin sanksiyaları qlobal dedollarizasiya prosesini sürətləndirib. KONKRET.azxəbər verir ki, bu barədə Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsi sədrinin birinci müavini Aleksandr Şenderyuk-Jidko

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Qara dənizdəki gəmilərə qarşı zərbələri davam etdirəcəyini bəyan edib. xəbər verir ki, Kreml rəsmisi çox sayda kommersiya gəmisinin Ukrayna Silahlı Qüvvələrini

İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?

ABŞ-ın Energetika naziri Kris Rayt bildirib ki, neft bazarları Hörmüz boğazının açılması üçün İranla razılaşma gözləmək əvəzinə, alternativ həll yollarından istifadə etməlidir. KONKRET.azxəbər verir ki, Raytın sözlərinə görə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber son.xabar xeberler cəbhədən son xəbərlər 2026