Sərhəddə nə BAŞ VERİR? - Növbəti müharibə ANONSU VERİLDİ

Sərhəddə nə BAŞ VERİR? - Növbəti müharibə ANONSU VERİLDİBir müddətdir Azərbaycan-Ermənistan şərti sərhədinə çökmüş sükut son bir həftədə aradan qalxıb. Erməni təxribatları baş qaldırıb. Ötən həftə Naxçıvan istiqamətində mövqelərimiz bir neçə dəfə atəşə tutulub. Bu da onu göstərir ki, erməni təxribatları tamamilə aradan qalxmayıb. Ötən həftə onlar atəşkəsi Naxçıvan istiqamətində pozdular. Rəsmi İrəvan bununla bağlı ağlabatan bir açıqlama vermədi. Yadda bu qaldı ki, erməni baş naziri bu cür halları araşdırmaq üçün birgə qruplar yaratmağı və belə halları birlikdə araşdırmağı təklif edib.
Müdafiə Nazirliyinin dünən yaydığı açıqlama isə daha çox diqqət çəkir. Azərbaycan Müdafiə Nazirliyi media vasitələrində Fransa ilə Ermənistan arasında "Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlara münasibət bildirib.
"Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur", – MN açıqlamada qeyd edib.
Bəs bütün baş verənlər nədən xəbər veri? Ermənistan yeni müharibəyə hazırlaşır?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev News24.az-a açıqlamasında bildirib ki, Ermənistanın sərhəddə atəşəkəsi pozması Fransanın verdiyi dəstəyin nəticəsidir:
"Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycanla sərhəddə, xüsusilə də, Naxçıvan istiqamətində atəşkəsi pozması birmənalı olaraq Fransanın Ermənistana verdiyi hərbi və texniki dəstəyin nəticəsidir. Ümumilikdə, Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti aparmaqla paralel olaraq Ermənistanı da öz əlində cənubi Qafqazda alət olaraq istifadə edir. Parisin əsas məqsədi əldə olunan kövrək sülh prosesini darmadağın etmək və yeni münaqişə ocağı yaratmaqdan ibarətdir".
Ekspert qeyd edib ki, Azərbaycan tərəfi heç bir halda Ermənistanın hücum silahları əldə etməsinə kənardan biganə olaraq müşahidə etməyəcək, əksinə həmin silahların Ermənistana veriləcəyi təqdirdə adekvat, təsirli və səmərəli addımlar atacaq:
"İstənilən silahların Azərbaycan əsgərinin həyat və sağlamlığına təhdid yaradacaq məsafədə yaxınlaşması Ermənistan üçün yeni şəxsi heyyət, ərazi, texnika və avadanlıq itkiləri ilə nəticələnəcək. Emənistan üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, yəni hələ də işğalda qalan 4 kəndimizi azad etmək, Naxçıvana ikitərəfli maneəsiz dəhlizin açılmasını təmin etmək və səhədlərin delimitasiya və demarkasiya prosesini davam etdirərək sülhə nail olmaq əvəzinə silahlanmaya üstünlük verirsə, buna görə məsuliyyəti tamamilə Ermənistan tərəfi daşıyaca".
Ədalət Verdiyev əlavə edib ki, 44 günlük vətən müharibəsində darmadağın olan Ermənistan özbaşına yeni macəralar axtarmamalıdır. Çünki bu macəraların Ermənistan xalqına nə qədər böyük fəlakətlər bəxş etdiyi hamıya yaxşı məlumdur.

Siyasi       Tarix: 19 iyun 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu qun son xəbər sonxeber.az en sonxeber