Sərhədimizdə dəhşətli müharibə: Hansı ssenari baş verə bilər?

Sərhədimizdə dəhşətli müharibə: Hansı ssenari baş verə bilər?Danışıqların davam etdirilməsi razılığı fonunda İrana zərbələrin endirilməsi diqqəti diplomatik həll yollarının niyə tükəndiyinə çəkir.
Omanda başlanan danışıqlarda ABŞ maksimalist tələblərindən imtina etməsə də, İranın müzakirələri nüvə proqramı çərçivəsində məhdudlaşdırmaq istəyini qəbul etməklə diplomatik həll yollarını axtarırdı. Danışıqların davamında İranın nüvə proqramını davam etdirmək mövqeyindən geri çəkilməməsi tərəflər arasında ziddiyyətləri dərinləşdirdi. Tehranın hərbi ssenarini aktuallaşdıran mövqeyi iki səbəbdən qaynaqlandığı görünür.
– ABŞ-ın maksimalist tələblərini qəbul etmək rejimin təslim olması deməkdir: Tehran imicini qorumaq məqsədilə hətta "simvolik uran zənginləşdirilməsi" variantını da irəli sürdü;
– ABŞ-ın İrana hərbi müdaxiləsinə qarşı həm Vaşinqtonda fikir ayrılığının olması, həm region ölkələrinin qarşı çıxması Tehranın manevr imkanlarını genişləndirirdi;
Tramp Administrasiyası hücuma İsrailin başlanması ilə hərbi müdaxilə ssenarisinə qarşı maneələrdən yayına bildi və Tehranın ABŞ bazalarına zərbələr endirməsi Vaşinqtonun hərbi müdaxiləsini legitimləşdirdi.
İran müharibəsi iki mümkün ssenari üzrə inkişaf edə bilər.
Birincisi, rejim ğz mövcudluğunu saxlamaq üçün masadakı tələbləri – nüvə və raket proqramından imtina, zənginləşdirilmiş uranın çıxarılması, proksi qüvvələrə dəstəyin dayandırılması – qəbul edir.
ABŞ-ın ilkin hədəfi olan bu ssenarinin çətinlikləri var.
– Rejimin hərbi-siyasi rəhbərliyi sıradan çıxsa belə, ölkəyə faktiki nəzarət edən SEPAH-ın təslim olacağı ehtimalı azdır;
– Trampın son açıqlamaları ABŞ-ın hakimiyyətin xalqa ötürülməsi hədəfinin ön planda olduğunu deməyə əsas verir;
– İranda SEPAH-ın iştirakı olmadan post-rejim dövrünün qurulması çətindir;
Bu amillər diplomatik həll yollarını məhdudlaşdırır.
İkincisi, müharibənin regional müstəviyə keçməsidir;
Rejimin hərbi yolla devrilməsi quru əməliyyatlarını şərtləndirir, əks təqdirdə, 12 günlük müharibənin təkrarı ola bilər. ABŞ və İsrailin İrana quru əməliyyata başlaması ehtimalı azdır, ölkənin dərinliklərində rejimlə döyüşməyin çətinlikləri də nəzərə alınmalıdır. Bu halda İran daxilində rejim əleyhdarlarının silahlı üsyanı və Suriya ssenarisinin təkrarlanması baş verə bilər ki, bu da müharibəni regional müstəviyə daşıyır.
Asif Nərimanlı / konkret.az

Siyasi       Tarix: 28 fevral 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber cəbhədən görüntülər xeberler bugun sonxabar