Sərhədlərin məyyənləşməsi uzana bilər - Kərki və Qazaxın anklav 3 kəndi nə zaman azad ediləcək?
Ermənistanda Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası ilə bağlı sənəd yayımlanacaq. Sənədin Ermənistanın müxalif "Birgə" hərəkatının dərc etməyə hazırlaşdığı deyilir. Hərəkatın məlumatında deyilir ki, yayımlanacaq sənəd sensasiyalı olacaq.
"Sənədin dərci həyati əhəmiyyət kəsb edir. Sənəddə sensasiyalı məlumatlar yer alır və sərhədin müəyyən edilməsi prosesində yeni detallar ortaya çıxacaq. Oktyabrın 11-də keçiriləcək dəyirmi masada detallar açıqlanacaq", – hərəkat iddia edib.
Bildirilir ki, Paşinyan hakimiyyəti Azərbaycanın sərhədlə bağlı tələblərini qəbul edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədin Qazax-Tavuş istiqaməti delimitasiya edilib. Nəticədə Qazaxın anklav olmayan 4 kəndi azad edilib və sərhədin digər hissələrinin delimitasiyası ilə bağlı proses davam edir. Delimitasiya prosesində Kərki və Qazaxın anklav olan 3 kəndinin azad edilməsi gözlənilir.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı referans.az-a danışan hərbi məsələlər üzrə ekspert Elxan Şıxaliyev bildirib ki, şərti sərhəddin digər istiqamətləri üzrə proseslərin necə olacağı barədə konkret heç bir məlumat sızıdırılmır:
"Ermənistan istəyir ki, sərhədlərin delimitasiya və demarkasiyası 1991- ci ilin sərhədləri ilə müəyyən edilsin. Azərbaycan tərəfi isə 1975 – ci ilin xəritələri və digər xəritələrə istinad etmək istəyir. Ona görə bununla bağlı hələ konkret razılıq yoxdur. Deyirlər ki, 3 maddə razılaşdırılmayıb, bu maddələrdən biri sərhədlərin delimitasiyasının necə olacağı ilə bağlıdır".
"Delimitasiya işə əlaqədar maddə razılaşdırılmadığı üçün bu çox zaman aparacaq. Ol bilsin ki,sərhədlərin bir hissəsi delimitasiya və demarkasiya olunacaq, ola bilsin bir hissəsi 5 – 10 ildən sonra olacaq",- deyə ekspert fikirlərinə əlavə edib.
Müsahib həmçinin bildirib ki, anklav kəndlər var ki, sırf Ermənistanın ərazisinin içərisindədir, bu delimitasiyanın digər hissələrindən fərqli olaraq Azərbaycana verilməlidir.
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb