Sərnişindaşımada COVID-19 pasportlarının olmasına necə nəzarət olunacaq? - AÇIQLAMA

Sərnişindaşımada COVID-19 pasportlarının olmasına necə nəzarət olunacaq? - AÇIQLAMABu gündən avtomobil nəqliyyatı ilə şəhərlərarası və rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunur.
Azxeber.com-un məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə Trend-ə açıqlamasında qeyd edib ki, avtomobil nəqliyyatı ilə şəhərlərarası və rayonlararası sərnişindaşımada COVID pasportu olmayan sürücülər gün ərzində siyahıya alınacaq:
"Sərnişindaşımada çalışan hər kəsi nizam-intizama dəvət edirəm. Bu gün qoyulan tələblər, qayda-qanunlar müzakirə edilmədən yerinə yetirilməlidir. Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaqlar.
İnanırıq ki, sərnişindaşımada çalışanlar, ümumiyyətlə istənilən hərəkət iştirakçısı həm özünü qorumalı, həm də başqalarını yoluxdurmamalıdır.
Bizim fikrimiz inzibati cəza tətbiq etməkdən çox profilaktik tədbirlərə üstünlük verməkdir."
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, kassalardan bilet alan şəxslərdən COVID pasportu tələb olunur:
"COVID pasportu olmayan vətəndaşa bilet satılmır. COVID pasportsuz bilet almaq istəyən vətəndaşlar çox azdır. Bizə bu məsələ ilə bağlı ciddi bir problem yaşanmayıb, çünki insanlara kifayət qədər məlumat vermişik.
Sürücülərə gəldikdə isə biz daşıyıcı şirkətlərə bildiriş göndərmişik ki, bütün sürücülərin COVID pasportu olsun".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Sosial       Tarix: 01 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou xəbər az sonxeber.az son xeberler bugun 2026 canli