Şərqi Zəngəzuru Naxçıvanla birləşdirən elektrik xətti tikiləcək
Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xətti tikiləcək.
KONKRET.az xəbər verir ki, bu barədə aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevlə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqlə görüşündə bildirilib.
"Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə yanaşı, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminlik ifadə olunub", – məlumatda deyilir.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir