Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Çimərliklərin açılması paytaxt sakinləri tərəfindən müsbət qarşılanıb. Onlar çimərliklərdə dincəlməyin sağlamlıqları üçün önəmli olduğunu qeyd edirlər.
Baku TV-nin məlumatına görə, ictimai çimərliklərdə sanitar qovşaqlar, duş kabinləri, geyinib-soyunma otaqları, futbol və voleybol meydançaları var ki, bunlar da insanların rahat və əyləncəli vaxt keçirməsi üçün nəzərdə tutulub.
Həmçinin, karantin rejiminin qaydalarına uyğun olaraq, insanların təhlükəsizliyini qorumaq məqsədilə söhbətgahlar 2-3 metrlik məsafədə arakəsmələrlə bölünüb.
Vaxtaşırı olaraq, FHN əməkdaşları səsucaldıcılar vasitəsilə insanlara qaydalara uyğun təlimatlar verir.
Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib.
Çimərliklərlə bağlı yaradılan cimerlik.az xüsusi internet səhifəsinin proqram təminatı, istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edir. Yəni səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə bilərlər.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb