Şərtlər yerinə yetirilməsə, Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verməyəcək - Nazir
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, İsveç və Finlandiya terrorla mübarizə öhdəliklərini yerinə yetirməyənə qədər ölkəsi NATO üzvlüyünü dəstəkləməyəcək.
KONKRET.az-ın məlumatına görə, nazir bu barədə "Akit TV" telekanalının efirində deyib.
"Onların sözlərinin üstündə durmayınca Türkiyədən (İsveç və Finlandiyaya – red) dəstək məsələsində müsbət qərar gözləmək lazım deyil", – nazir deyib.
O, həmçinin bildirib ki, rəsmi Ankara hələ də İsveç və Finlandiyadan terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərə cavab almayıb.
Türkiyə hakimiyyəti bundan əvvəl bəyan edib ki, NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun deyil və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, ölkə parlamenti onu təsdiq etməyə bilər.
Qeyd edək ki, razılaşmadan sonra İsveçdə PKK terror qruplaşması tərəfdarlarının aksiyası keçirilib. Bu da yerli hakimiyyət orqanlarının terrorçulara dəstək verdiyini bir daha sübut edib.
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?