Şestakov: "Azərbaycanın bu addımı Paşinyan üçün ölüm hökmü olar"

Şestakov: 2023-cü ildə yarımçıq qalan sülh müqaviləsi bu ilin əvvəlində imzalana bilər – Xarici ekspertlər nə fikirləşir?
2023-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imzalamaq mümkün olmadı və bu, sadəcə Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində reallaşmadı. Ekspertlər hesab edirlər ki, sülh müqaviləsi 2024-cü ilin əvvəlində imzalana bilər.
KONKRET.az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, tərəflər yeni ildə imzalana biləcək sülh müqaviləsi üzərində fəal işi davam etdirirlər.
Nəşr yazır ki, ilin sonunadək Cənubi Qafqaz üzrə danışıqlar prosesində uğursuzluqlara və fasilələrə baxmayaraq, MDB-nin Sankt-Peterburq sammiti öncəsi Nikol Paşinyan və İlham Əliyev sülh müqaviləsi imzalamağa həmişəkindən daha yaxın olublar.
Bu barədə xarici ekspertlərin də fikirləri maraqlıdır. Qırğızıstanlı politoloq, "Oy Ordo" Ekspert Təşəbbüsləri Mərkəzinin direktoru İqor Şestakov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi mövzusu il ərzində ikitərəfli formatda müzakirə olunub. O xatırladıb ki, Paşinyan və Əliyevin "ayaqüstü" son görüşü MDB liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində baş tutub və onun fikrincə, bu görüşə nəzərəçarpacaq dərəcədə təsir edib: "Bu ilin əvvəlində sülh müqaviləsinin imzalanması ilə bağlı proqnozlar var. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında gərginliyin arta biləcəyini də ehtimal edirlər. Bu isə Paşinyan üçün ölüm hökmünə çevrilə bilər. Çünki Ermənistanın Azərbaycanla qarşıdurmaya nə iqtisadi, nə də hərbi baxımdan gücü yetərlidir. Ermənistanda siyasi durğunluq davam edir və Azərbaycanın Qarabağı tamamilə geri qaytarması faktı ilə razılaşıblar. Deməli, onlar bu vəziyyətlə barışıblar. Ermənistan sülhü dəstəkləsə də, eyni zamanda bir sıra şərtlər irəli sürüb. İlin sonuna qədər isə Bakının irəli sürdüyü təkliflərə daha çox meyl göstərdi".
Politoloq daha sonra əlavə edib ki, otuz ildən artıq şəhərləri xarabalığa döndərən Ermənistandan fərqli olaraq, Azərbaycanın uğurlu strategiyası var: "Ermənistan təkmilləşə bilmədi, əksinə, Qarabağı xarabalığa çevirdi. Və yəqin ki, ötən il İrəvan üçün əsas strateji tərəfdaşı olan Rusiya ilə münasibətlərdə də ən çətin illərdən biri olub. Sadəcə, eyni vaxtda bir neçə stulda oturmağa çalışan Paşinyanın siyasi hərəkətlərindən Moskva məyus oldu. İndi yalnız sülh müqaviləsi onu xilas edə bilər. Ermənistanın ağır sosial-iqtisadi vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Paşinyan özü daha güzəştli mövqe tutacaq. Ola bilsin ki, Ermənistanın gələn il Aİİ-yə sədrlik etməsi də burada rol oynayacaq ki, bu da İrəvanın xarici siyasətində iz buraxacaq və Paşinyanı daha rasional qərarlara bağlayacaq".
Məsələyə münasibət bildirən digər politoloq, rusiyalı ekspert Aleksandr Ryabtsov qeyd edib ki, Paşinyan bir çox gözləntilərin əksinə olaraq Sankt-Peterburq sammitinə gəldi: "Analitiklərin başqa fikirləri də var ki, Kremldəki ciddi qüvvələr Paşinyanı Prezident Əliyevlə sülh müqaviləsini müzakirə etməyə razı salıb. Onlar Paşinyanı inandırmağa çalışıblar ki, ilin sonuna qədər xarici siyasət vektorunda həm Moskva ilə münasibətlər, həm də Bakı ilə sülh müqaviləsinin imzalanması baxımından qərar qəbul etmək lazımdır. Oyun oynamağın vaxtı bitib, Rusiya da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında son dərəcə maraqlıdır", – deyə A.Ryabtsov bildirib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 04 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər xeberler bu gun hava durumu xeberler az