Səttar Möhbalıyev: "Fransa destruktiv addımları ilə regionunda gərginlik yaratmağa cəhdlər edir"

Səttar Möhbalıyev: "Fransa Senatı yanvarın 17-də hökumətin Azərbaycana qarşı sanksiya tətbiq etməsi ilə bağlı gülünc qətnamə qəbul edib. Bu mənasız sənədin erməni lobbisinin təhriki ilə atıldığı heç kimdə şübhə doğurmur. Həmçinin sübut edir ki, Fransa hökuməti və parlamenti orada yaşayan ermənilərin əlində bir oyuncağa çevrilib. İstədikləri qərarı qəbul etdirir, istədikləri yanlış yola yönəldirlər. Təbii ki, bu da səbəbsiz deyil, çünki bu qətnaməni hazırlayanlar, qəbul olunmasına səs verənlər erməni lobbisindən, sözün əsl mənasında, qidalanırlar. Odur ki, proseslərə erməni lobbisinin gözü ilə baxır, onlar kimi düşünür və qiymət verirlər. Sözsüz ki, bu qətnamə könül bulandırsa da, onun Azərbaycana heç bir təsir gücü ola bilməz və hüquqi məzmun daşımır".
KONKRET.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, qətnamənin qəbul olunması üçün ortaya atılan arqumentlər də tamamilə yalan və böhtandır: "Qarabağın erməni sakinlərinin bölgəni könüllü, Azərbaycan tərəfinin heç bir təsiri olmadan tərk etdiyi beynəlxalq təşkilatlar, o cümlədən BMT missiyası tərəfindən təsdiqlənib, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının hesabatında etiraf olunub. Burada insan hüquq və azadlıqlarının pozulmasından da söhbət gedə bilməz. Eləcə də rəsmi Parisi narahat edən məqam onun Azərbaycan tərəfindən Cənubi Qafqazda çirkin siyasətinin iflasa uğradılmasıdır. Çünki 30 il hər cür dəstək verdiyi, havadarlıq etdiyi Ermənistanın işğal siyasəti məhv edildi. Bugünkü çabaların isə heç bir nəticəsi olmayacaq".
"Mən hesab edirəm ki, ümumiyyətlə, Fransa kimi dövlətlərin insan hüquqlarından, insani dəyərlərdən danışmağa heç bir haqqı çatmır. Buna ən azından onların qara keçmişi, törətdikləri insanlıq əleyhinə cinayətləri imkan vermir. Tarixin vərəqlədikcə ancaq qarşımıza 50-dən çox dövləti işğal etmiş, sərvətlərini talamış, xalqlarını əsarətdə saxlamış bu ölkənin vəhşilikləri, soyqırımıları, müharibə cinayətləri çıxır. Təkcə müstəmləkə illərində Fransa silahlı qüvvələri tərəfindən yüz minlərlə dinc sakin milli və dini mənsubiyyətinə görə öldürülüb. Bu gün də Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir. Buradan məlum olur ki, işğalçılıq bu ölkənin fitrətindədir və həm də bu səbəbdəndir ki, Azərbaycanın Ermənistan işğalına son qoymasından bu qədər narahatlıq keçirir", – Səttar Möhbalıyev vurğulayıb.
"O ki qaldı sanksiyalara bu, demək olar ki, kökündən yanlışdır. Qəribəsi odur ki, senatorlar hələ də Azərbaycanın regionda real güc sahibi olduğunu anlamırlar. Görmürlər ki, Azərbaycandan icazə almadan regiona girmək olmaz, çünki hər cəhətdən burada böyük söz sahibi odur, iştirakı olmadan heç bir layihə ərsəyə gələ bilməz. Azərbaycan eləcə də dünya üçün, o cümlədən də Avropa üçün ən vacib ölkələr sırasındadır. Fransa əgər Şərqdən Qərbə, Şimaldan Cənuba hərəkət edəcəksə, yolu mütləq Azərbaycandan keçəcək. Odur ki, sanksiya ilə əslində özünün regiondakı maraqlarına zərbə vurmuş olacaq. Bir də ki, belə ucuz oyunlarla Azərbaycanı heç kim ədalətə söykənən yolundan döndərə bilməz, haqq işinə kölgə salmağa gücü çatmaz. Bir sözlə, Fransa Senatının bu qətnaməsi də əvvəlkilər kimi, bizim üçün gərəksiz kağız parçasından başqa bir şey deyil", – AHİK sədri əlavə edib.

Siyasi       Tarix: 19 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber