Səttar Möhbalıyev Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib

Səttar Möhbalıyev Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilibBelçikanın paytaxtı Brüssel şəhərində Pan Avropa Regional Şurası (PARŞ) Baş Assambleyasının 5-ci iclası keçirilib, Səttar Möhbalıyev vitse-prezident seçilib
KONKRET.az xəbər verir ki, tədbirdə PARŞ-nin 2019-2023-cü illər üzrə hesabatı dinlənilib və növbəti 4 il üçün fəaliyyət planı müzakirə edilib. Eləcə də PARŞ-nin prezidenti İrakli Petriaşvili və baş katibi Ester Lanç iclasda giriş nitqi söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev ötən dövr ərzində PARŞ-nin fəaliyyətinə toxunub, işçilərin mənafeyi naminə Şuranın əhəmiyyətli qərarlarından, həyata keçirdiyi vacib layihələrdən, həmçinin həmkarlar ittifaqlarının həmrəyliyinin gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan danışıb. AHİK sədri qurumun gənclərlə apardığı işi və gender siyasətini xüsusi olaraq vurğulayıb. Səttar Möhbalıyev həmçinin AHİK-in PARŞ ilə birgə layihələri və Azərbaycanda keçirilən tədbirləri barədə məlumat verib. O eləcə də həmkarlar ittifaqlarının maarifləndirilməsi işinə müvafiq beynəlxalq təşkilatların mütəxəssislərinin cəlb edilməsinin vacibliyini qeyd edib və bu məsələnin Baş Assambleyanın gündəliyinə salınması təklifini irəli sürüb. Bildirib ki, bu istiqamətdə AHİK hər zaman olduğu kimi PARŞ-yə dəstək göstərməyə hazırdır. Səttar Möhbalıyev qlobal səviyyədə transmilli korporasiyalarla sosial dialoq qurulmasında, həmçinin sosial ədalətlə bağlı problemlərin həll edilməsində müvafiq beynəlxalq təşkilatların dəstəyinə ehtiyac olduğunu qeyd edib.
Çıxışların və aparılan müzakirələrin ardından gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Həmçinin Baş Assambleyada PARŞ-nin yeni rəhbərliyi və tərkibi seçilib. Moldova Həmkarlar İttifaqları Konfederasiyasının sədri İqor Zubku Şuranın yeni prezidenti olub, Ester Lanç isə baş katib vəzifəsinə təsdiqlənib. AHİK sədri Səttar Möhbalıyev növbəti dəfə qurumun vitse-prezidenti seçilib.
Səttar Möhbalıyev Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib

Siyasi       Tarix: 06 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler siyaseti xeberler bugun krimnal xeber