Şevçenko: 'Ermənistan tərəfi qəsdən Azərbaycanı təxribata çəkir
"Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət təkcə Azərbaycanın Ermənistan tərəfindən təxribata çəkilməsi deyil, həm də Azərbaycan, Rusiya və Türkiyə dövlət başçıları tərəfindən yaradılmış və Ermənistanın baş naziri tərəfindən təsdiq edilmiş platformanın pozulması deməkdir".
Bunu "Report"un Rusiya bürosuna rusiyalı politoloq, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.
Onun fikrincə, Ermənistanın daxilində olan və bilərəkdən bu təxribatları təşkil edən qüvvələr sülh razılaşmasının qarantı olan Rusiya Prezidenti Vladimir Putinin nüfuzuna və şəxsiyyətinə zərbə endirirlər:
"Ermənistana cavabdeh olan Rusiya Ermənistan tərəfinin xalqlar arasında sülhə aparan razılaşmalara riayət etməsinə nəzarət edə bilmir. Ermənistan cəmiyyətinin daxilində olan təxribatçılar bilərəkdən Vladimir Putinin nüfuzuna xələl yetirməyə çalışırlar".
Politoloq qeyd edib ki, sülh prosesinin inkişafına aparan bütün bəyanatlar şübhəsiz ki, müsbət xarakter daşıyır və ölkələr arasında gələcək əməkdaşlıq üçün gərəklidir:
"Düşünürəm ki, Ermənistan cəmiyyətindəki ağıllı qüvvələr qalib gələcəklər. Oliqarxların öz oyunlarını oynaması və bu yolla pul qazanması üçün erməni xalqı müharibə adlı sallaqxanaya göndərildi. Milli maraqlar insanlar üzərində kommersiya və manipulyativ idarəetmə üsulundan üstün olmalıdır. Keçmişi unudub gələcək naminə çalışmaq lazımdır. Ermənistan qonşuları ilə sülh əldə edib düşmənçilikdən əməkdaşlığa keçərsə erməni xalqı sadəcə normal yaşamağa başlayacaq".
Şevçenko həmçinin Azərbaycanı sülh prosesi üzərində işləməkdə davam etməyə çağırıb:
"Azərbaycan xalqı xeyirxah, igid və güclü xalqdır. O, Ermənistanla dinc münasibətlərin qurulmasına töhfə verməkdə davam etməlidir. Heç kim Ermənistanın daxilində sülhün olmasında Azərbaycan qədər maraqlı deyil".
Xatırladaq ki, iyulun 15-i gecə radələrində müvəqqəti olaraq rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun Şuşa şəhəri ətrafında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV
Mobil telefona görə imtahana buraxılmayan gənc itkin düşdü
Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?