Sevda Haqverdiyeva: "Ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasını təşviq edirik

Sevda Haqverdiyeva: 2019-cuilin sonlarında Kapital Bank-ın könüllü əməkdaşları tərəfindən təşəbbüs qrupukimi yaradılan, daha sonra isə fəaliyyətini Fond olaraq davam etdirən QırmızıÜrəklər ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyərqatmağa çalışır. Qırmızı Ürəklər Fondu "Tarix yazan qəhrəmanlar", "Vətən bağı", "Hər şey mümkündür", "Onlar bizə əmanətdir", "Qırmızı Ürəklər təhsil təqaüdüproqramı", "Batareyaları təhvil ver, təbiəti qoru" və bir sıra digər sosiallayihələri keçirməklə yanaşı, şəhid ailələrinə və qazilərə, uşaq evlərinə və sığınacaqlara,aztəminatlı ailələrə dəstək göstərir. Qırmızı Ürəklər Fondunun 2023-cü ilin ilk6 aylıq fəaliyyəti barədə məlumat almaq üçün Fondun prezidenti SevdaHaqverdiyevadan müsahibə götürdük.
-Sevda xanım, QırmızıÜrəklər Fondu artıq 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Fond bu il hansılayihələri həyata keçirib?
-Əvvəlcə onu qeyd edim ki, Qırmızı Ürəklər Fondu 3istiqamət üzrə fəaliyyət göstərir: Ətraf mühit, Cəmiyyət və Heyvanlar. Məhz buistiqamətlər üzrə donorların, xeyirxah insanların ianələri hesabına ilk gündənbəri müxtəlif layihələr və yardım aksiyaları həyata keçiririk. HəmçininFondumuz bir çox yerli şirkətlərin korporativ sosial məsuliyyət (KSM)layihələrində tərəfdaş və təşkilatçı qismində də çıxış edir.
Builki layihələrə gəldikdə isə 2023-cü ilinilk 6 ayı ərzində "Vətən bağı", "KitabGəzər", "Tarix yazan qəhrəmanlar", "Hərşey mümkündür", "Batareyaları təhvil ver, təbiəti qoru", "Qırmızı Ürəklərtəhsil təqaüdü proqramı" layihələrini, "Təmiz mühit, təmiz gələcək" təmizlikaksiyalarını, "Türkiyə üçün bir ürək olaq!" ianə toplama aksiyasınıgerçəkləşdirmişik. Bundan başqa, ehtiyacı olan insanlara xüsusi və əlamətdargünlərdə ərzaq yardımının göstərilməsi, aztəminatlı müharibə iştirakçılarınınailələrinin himayə edilməsi, şəhid ailələrinin fərdi yaşayış evi ilə təminolunması, "Campbell Biologiya" kitabının nəşr olunması kimi bir çoxtəşəbbüsümüz olub. Bir sözlə, Fondumuz könüllülərin iştirakı ilə həyatakeçirtdiyi sosial layihələrlə ilin birinci yarımilliyində də yüzlərlə insanınhəyatına toxunuşlar edərək onların simasında təbəssüm yaratmağa çalışdı.
-Sizin də qeydetdiyiniz kimi, bu layihələrin gerçəkləşməsində Qırmızı Ürəklər Fondununkönüllülərinin də böyük rolu var. Həmin könüllülər əsasən kimlərdir?
-Fəxrlə deməliyik ki, Fondumuzun könüllülərinin90%-i məhz Kapital Bank-ın əməkdaşlarıdır. Digər 10%-i isə İkinci Qarabağmüharibəsi zamanı Fondun fəaliyyətinə könüllü dəstək olan, fərqli-fərqlisahələrdə çalışan şəxslərdir. Həmin şəxslər müharibənin bitməsindən 3 ilə yaxınkeçməsinə baxmayaraq Fondun fəaliyyətinə hələ də öz töhfələrini verirlər. Onlaröz işlərindən əlavə, sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq,cəmiyyətimizə xidmət edirlər. Könüllülərin Fonda verdiyi töhfəni ürəkdənalqışlayırıq.
-Azərbaycanda ianəçilikmədəniyyətinin formalaşmasında böyük xidmətləri olan fondlardan biri də sizinrəhbərlik etdiyiniz Qırmızı Ürəklər Fondudur. İanəçiliklə bağlı sizə ikisualımız olacaq. Bu istiqamətdə çalışdığınız müddətdə daha çox fərdi ianələrlərastlaşmısınız, yoxsa korporativ?
-Əslində bu müqayisəni təhlil etməyi bir o qədər dədüzgün hesab etmirəm. Təbii ki, şirkətlər məbləğ baxımdan fərdlərdən daha çoxvəsait ianə edir. Bu da onların korporativ qurum olmalarından irəli gəlir, ammaonu da qeyd edim ki, ianə edən şirkətlərin sayı elə də çox deyil. Bu günFondumuzun həyata keçirdiyi sosial layihələrə ianə edən minlərlə insan var.Həyata keçirilən bu sosial layihələr fərdi və hüquqi şəxslərin ianələrihesabına baş tutur.
-Bəs vətəndaşlararasında ianəçiliyin təşviqi işini necə həyata keçirirsiniz?
-Sizə bir nümunə çəkmək istərdim. Bildiyiniz kimi, 6fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilənəticələnən silsiləli zəlzələlər qeydə alındı. Dəhşətli təbii fəlakətnəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Qırmızı Ürəklər Fondu"Türkiyə üçün bir ürək olaq!" adlı yardım vəsaitinin toplanılması aksiyasınastart verdi. Biz bu aksiya üzrə ianələrin yığılmasını 3 kanal vasitəsilə həyatakeçirirdik. İnsanlar Birbank mobil tətbiqi, veb-saytıvə Kapital Bank terminalları ilə öz ianələrini edə bilirdilər. Layihəçərçivəsində 26 000-dən çox insanın ianəsi hesabına 742 245 manat vəsaittoplandı. Üstəlik ianə edənlərin böyük əksəriyyəti fərdi şəxslər idi. Fərdişəxslərin ianələri ilə qısa bir müddət ərzində bu qədər vəsaitin toplanması heçdə kiçik bir iş deyil. Burada diqqət çəkən əsas məqamlardan biri də daha çoxinsanı yardımsevərliyə çağırmaq və xeyirxahlıq prinsiplərini yaymaq idi.İanəçilik yayılan mədəniyyətdir. İnsanlar bir-birindən ilham alaraq daha çoxvətəndaşın ianə etməsinə səbəb olur. Sözsüz ki, burada şəffaflıq da əsasməsələlərdən biridir. İanəçi əmin olmalıdır ki, ianə toplayan qurum işiməsuliyyətlə görür. Qırmızı Ürəklər Fondu da bu məsuliyyəti öz dəyərləri ilətam üzərinə götürür.
-Bu ilin ənyaddaqalan hadisələrindən birini danışa bilərsiniz?
-Bu il ən yaddaqalan hadisələrdən biriTürkiyədə baş vermiş zəlzələ zamanı xalqımızın göstərdiyi həmrəylik,xeyirxahlıq və mənəvi dəyərlərə sadiqlik oldu. Kapital Bank-ın Lənkəran filialınayaxınlaşan 87 yaşlı Mirzə babanın təqaüdünü "Türkiyə üçün bir ürək olaq!"aksiyasına ianə etməsi, Qazax, Xaçmaz, Tovuz və digər rayonlarda yaşayanməktəblilərin ailələri tərəfindən verilən xərcliklərini toplayıb Fondabağışlamaları bunun bariz nümunəsidir. Kiçikdən böyüyə hər kəs Türkiyə üçün birürək oldu. Bu kimi hadisələr bir daha onu sübut edir ki, Azərbaycan xalqı böyükürəyə sahibdir. Biz həyata keçirdiyimiz bu kimi sosial layihələrləölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasını təşviq edirik. Gördüyümüzişlərlə qürur duyuruq.
-Bəs Qırmızı Ürəklər Fondunanecə dəstək göstərmək olar?
-Hər kəs Fondun veb-saytına () daxil olub ianələr edə vəbununla bizim fəaliyyətimizə dəstək göstərə bilər. İanələri Kapital Bankterminalları, o cümlədən Birbank mobil tətbiqi ilə də etmək mümkündür. Həmçininonu da qeyd edim ki, sosial şəbəkələrdəki səhifələrimizdə müxtəlif fəaliyyətlərləbağlı çağırışlar yerləşdirilir. Veb-saytımız vasitəsilə bizimlə birbaşa əlaqəsaxlamaq da mümkündür. Biz fəaliyyət istiqamətlərimiz və resurslarımızçərçivəsində bütün təklif və rəylərə açığıq. Verilən hər bir töhfə həyatakeçirdiyimiz layihələr üçün olduqca vacibdir. / azxeber.com

İqtisadiyyat       Tarix: 15 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun xabarlar valyuta mezennesi 2026 qarabag