Sevgililər günündə pərəstişkarlarını sevindirdi - FOTOLAR

Sevgililər günündə pərəstişkarlarını sevindirdi - FOTOLARAvroviziya təmsilçimiz Dilarə Kazımova yenidən diqqətləri üzərinə çəkməyi bacarıb.
azxeber.com xəbər verir ki, sənətçi  14 Fevral - Sevgililər günü münasibətilə məşhur mahnılarını -  "Xarizma, "Cazibə" və "Zəng-zəng" remiks sevənlərinə təqdim edib.
Kazımova bu dəfə bəstələrini albom şəklində təqdim edib.
Müğənninin "Madame Di" adı verilən albomunda sözügedən mahnılarının remiks versiyası yer alıb.
D.Kazımovanın məşhur diceylərlə hazırladığı  EP albomunda yer alan mahnılar klub ritmləri ilə, yay ab-havasında hazırlanıb. 
Yeni layihəsindən məmnunluğunu bildirən Dilarə, "Mən həmişə yeniliklərə imza atmağa çalışan sənətçi olaraq böyük qürur və sevinc hissi ilə sevənlərimə uzun müddətdir ki, üzərində çalışdığım, Azərbaycanın ilk proqressiv, ritmik janrında olan albomu ərsəyə gətirmişəm. Hər şey planlaşdırdığımız kimi gedir və  düşündüm ki, pərəstişkarlarımı yeniliklərlə sevindirim və sevilən mahnılarımı yenidən gündəmə gətirim. Çünki daha əvvəlki layihərimdən sonra anladım ki, bu tərzdə keyfiyyətli işi bu qış dövrünün ən soyuq fevral ayında əhval ruhiyyəni yüksək tutmaq üçün sevənlərimə böyük hədiyyə olacaq. 3 musiqi remiksinin hər birinin ayrı gözəlliyi var. Bu möhtəşəm "Madame Di" adlı yeni albomu bütün rəqəmsal platformalarda  dinləyə bilərsiniz. Ümid edirəm ki, bəyənəcəksiniz".
İfaçı məşhur treklərinin remikslərindən ibarət  albomunun adının niyə "Madame Di" olmasının səbəbini açıqlayıb. 
"Mən deyirdim axı "Dilarə erası" başlanır. Əslində, o sözlər elə-belə deyildi.  Hər kəsin keçmiş həyatda kim olması barədə öz rəyi var. Mən isə əminliklə deyə bilərəm ki, keçmiş həyatımda imperatriça olmuşam".
Kartları açıq şəkildə oynamağı sevdiyini deyən pop ulduz layihə üçün bu dəfə hamımızın yaxşı tanıdığı kart oyunun motivlərinin əks olunduğu "ürək daması" obrazında obyektiv qarşısına keçib. 
İdeya və styling Kazımovanın özünə məxsusdur. Fotoları isə Ləman Seyfullazadə lentə alıb.
Sevgililər günündə pərəstişkarlarını sevindirdi - FOTOLARSevgililər günündə pərəstişkarlarını sevindirdi - FOTOLARSevgililər günündə pərəstişkarlarını sevindirdi - FOTOLAR

Şou Biznes       Tarix: 14 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər sonxeber az cəbhədən görüntülər son xeberler bu gun