Sevgilisini aborta məcbur etdi, dəfələrlə xəyanətə məruz qoydu - Timberleyk kimdir?

Sevgilisini aborta məcbur etdi, dəfələrlə xəyanətə məruz qoydu - Timberleyk kimdir?Xəbər verdiyimiz kimi, dünya şöhrətli müğənni Castin Timberleyk Bakıda konsert verib.
azxeber.com xəbər verir ki, Castin Bakıdakı möhtəşəm konserti Azərbaycan və bir çox ölkələrin şou gündəmini zəbt edib.  
Mövzunun aktuallığını nəzərə alaraq müğənninin tərcümeyi-halını və yaşadığı ən böyük sevgi eyni zamanda qalmaqalı təqdim edirik:
Castin Randall Timberleyk 31 yanvar 1981-ci ildə ABŞ-ın Tennessee ştatının Memphis şəhərində anadan olub.
O, ilk dəfə televiziya ekranlarında "Star Search" yarışmasında görünüb. Daha sonra "Disney"in məşhur şousu olan "The All-New Mickey Mouse Club" proqramında çıxış edərək tanınmağa başlayıb. Bu şouda onunla birlikdə Britney Spirs, Kristina Aguilera və Ryan Gosling kimi sonradan məşhurlaşacaq ulduzlar da çıxış edirdi.
Timberleyk indiyədək 10 Grammy, 4 Emmy, 9 Billboard və 3 Brit mükafatı da daxil olmaqla onlarla beynəlxalq mükafat qazanıb. O, təkcə musiqi deyil, səhnə performansı, klipləri və yenilikçi tərzi ilə də öz dövrünün ən təsirli pop ulduzlarından biri sayılır.
Onun ən böyük qalmaqalı isə keçmiş sevgilisi Britney Spirs ilə yaşanıb.
Xatırladaq ki, cütlük 3 il sevgili olub. Justin və Britney bir vaxtlar dünya şou-biznesinin ən məşhur cütlüklərindən biri idilər. Onların münasibəti 1999-2002-ci illərdə davam edib və ayrılıqları geniş ictimai müzakirələrə səbəb olmuşdu. 
Məşhur pop ulduzu 2023-cü ildə nəşr olunan "The Woman in Me" adlı avtobioqrafik kitabında illərdir pərdəarxası qalan bir çox şəxsi detala aydınlıq gətirib. Kitabda ən çox diqqət çəkən məqamlar isə onun keçmiş sevgilisi Justin Timberlake ilə münasibətlərinə dair açıqlamalardır.
O xatirə kitabında Castin Timberleykdən hamilə qaldığını, lakin müğənninin "ata olmağa hazır olmadığını" düşündüyü üçün "abort" etdirməli olduğunu etiraf etmişdi:
"Sürpriz oldu, amma bu mənim üçün faciə deyildi. Castini çox sevirdim. Bununla belə, ümid edirdim ki, bir gün biz ailə olacağıq. Castin hamiləlikdən qətiyyən məmnun olmadığını, uşaq sahibi olmağa hazır olmadığını dedi. Əgər bu mənim qərarım olsaydı, bunu heç vaxt etməzdim, amma bu, mənim həyatımdakı ən ağrılı təcrübələrdən biri idi. O məni "abort"a məcbur etdi.
Britney kitabında yazıb ki, Castin tərəfindən bir neçə dəfə aldatılıb, lakin ona dərin aşiq olduğundan bunu demək istəməyib. 
Müğənni münasibətləri zamanı bir dəfə rəqqas Vade Robson ilə onu aldatdığını etiraf edib. Lakin o da qeyd edib ki, bu hadisə Castinin onu dəfələrlə aldatmasından sonra baş vermişdi:
"Castindən başqa kimsəni düşünmürdüm. Sadəcə bir dəfə… Və bu, onun mənə etdiklərindən sonra oldu."
Britney Spirsin kitabı, onun keçmiş münasibətlərinə işıq tutmaqla yanaşı, bir qadının məşhurluq və şəxsi ağrılar arasında sıxışmış həyatını da göstərib. Castin Timberleyk ilə münasibətləri pop mədəniyyətin illərlə romantikləşdirdiyi bir hekayə kimi təqdim olunsa da, Britney bu münasibətin içində yaşanan real ağrıları və qırılmaları səmimi şəkildə oxucu ilə bölüşüb.
Onu da qeyd edək ki, bu kitabdan sonra dünyada bir çox feministlər Timberleyki boykota səsləyib və onun nüfuzu xeyli dərəcədə zədələnib.
Heydər 

Şou Biznes       Tarix: 29 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber cəbhədən son məlumatlar xəbərlər.com krimnal xeber