Seyran Ohanyan: "Mənim dövrümdə Ermənistana Rusiyadan 1500 təyyarə reysi silah gəlib"

Seyran Ohanyan: Ermənistan parlamentində müxalifət fraksiyalarından birinə rəhbərlik edən Xocalı qatillərindən biri Seyran Ohanyandır. Erməni qatil uzun müddət düşmən ölkədə müdafiə naziri vəzifəsini tutub və Ermənistanın silahlanmasında yaxından iştirak edib. Rusiyadan milyardlarla dollar dəyərində silahların Ermənistana ötürülməsi də Ohanyanın gözü qabağında baş verib. 44 günlük müharibədə Şuşanın müdafiəsinə təhkim edilən keçmiş müdafiə naziri bir vaxtlar Rusiyadan aldıqları silahların heç nəyə yaramadığını da öz gözüylə görüb. Azərbaycan əsgərinin əlindən canını güclə qurtaran Ohanyan indi Ermənistan patrlamentində müxalifəti təmsil edir. Paşinyanın əleyhdarlarından olan Ohanyan həm də Ermənistanda revanşistlərdən hesab olunur.
KONKRET.az xəbər verir ki, bu gün Ermənistan parlamentində brifinq keçirən Seyran Ohanyan təhlükəsizlik sektorunda münasibətlərin şaxələndirilməsi və yeni tərəfdaşlar barədə danışıb, müttəfiqlərin fəaliyyətsizliyini qeyd edib: "Təhlükəsizliyin diversifikasiyası, xüsusən də hərbi-texniki əməkdaşlıq çərçivəsində silah və hərbi texnikanın idxalı Ermənistan üçün yeni deyil. Keçmişdə Rusiyadan başqa, digər ölkələrdən də silah alınıb. Ermənistan silahı tranzit daşımalarla idxal edir. Son illər bu, Gürcüstan ərazisindən, qismən də İrandan keçməklə həyata keçirilir. Bu gün başqa ölkələrdən silah və hərbi texnika almaq imkanı olsa, hesab edirəm ki, heç kim, o cümlədən strateji tərəfdaşlarımız buna mane olmayacaq. Bir tərəfdən bizim üçün dost ölkə sayılan Hindistandan, Fransadan silah almağa çalışırıq, digər tərəfdən isə strateji tərəfdaşımız Rusiya ilə münasibətləri gərginləşdiririk. Bizim arsenalımız, onun daxilindəki idarəetmə sistemimizin mühüm hissəsi strateji tərəfdaşımız tərəfindən təmin etdiyimiz silahların hesabınadır. Ən azı mənim rəhbərlik etdiyim dövrdə Rusiyadan 1500 təyyarə reysi ilə silah gətirmişik".
Vəli Həsənov
KONKRET.az

Siyasi       Tarix: 27 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün valyuta mezennesi banklar xabar az sonxeberler