Şeyx Əbdül: "Ağsaqqalı olsaydı, qulağından tutub deyərdi ki, ay qız, bizi rüsvay etmə

Şeyx Əbdül: Şeyx Əbdül: "Ağsaqqalı olsaydı, qulağından tutub deyərdi ki, ay qız, bizi rüsvay etmə"
"Televiziyalara çıxarılan gənc oxuyanlar (mən onlara müğənni demirəm) efirdə ağızlarına gələni danışırlar. Biz bu rüsvayçılığa son verməliyik, belələrinin sayı günü-gündən artır, çünki bu yola maraq göstərənlər çoxalır. Biz kütləvi şəkildə onların qarşısını almalıyıq".
Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Gənc müğənnilərin bir qisminin fəaliyyəti barədə danışan sənətçi onları sərt şəkildə qınayıb:
"Nə geyim-keçimlərini, nə danışıqlarını bilirlər, nə efir mədəniyyətləri var. Bilmirəm belələri hansı kənddən-kəsəkdən, hansı soydan-kökdən gəlir, amma düşünürəm ki, bir başı papaqlı, ağsaqqal, ağbirçəyi olsaydı, yəqin ki, qulağından çəkərdi ki, oxuyursansa, get oxumağınla məşğul ol, çıxıb efirdə ağzına gələni danışma, bizi rüsvay etmə, əxlaqsızlığı avropalaşmaq adı ilə millətə sırıma. 
Mən bir gün belələrinin siyahısını tutub məhkəməyə verəcəyəm. Fərhad Bədəybəyli, Siyavuş Kərimli, Zeynəb Xanlarova, Flora Kərimovadan ibarət komissiya yaradacağam və bu gəncləri yoxlayacağam, görüm onların istedadı, ritmi varmı?".
Xalq artisti bəzi meyxana ifaçılarını da tənqid edib: 
"Bu gün hərəsi bir meyxana ritmi tutub çıxıb oxuyurlar. Haranı açırsan musiqili meyxana gedir. Meyxanaçıların içində yaxşı oğlanlar var, amma bəziləri keçiblər musiqiyə. Belə etməyin! Meyxana xalqın poeziyası, mənəviyyatı, ritmidir, meyxana gözəl sənətdir, niyə bunu şouya döndərib düşmüşünüz ortalığa?! Onda "manıs"larla sizin daha nə fərqiniz qaldı? Qədim folklor sənətimizi xalq uzun illər qoruyub saxlayıb, amma indi meyxanaçılar şoumenlik etməyə başlayıblar. Niyə?! Əgər şoumenlıik edəcəksinizsə, meyxananın adından istifadə etməyin!".
Ə.Mahmudbəyov qeyd edib ki, hər yoldan ötənin televiziyaya çıxarılmasına imkan vermək olmaz: 
"Səsi, ritmi, mədəniyyəti, əxlaqı olmayanları, düzgün tələffüz qaydalarını belə bilməyənləri efirlərə çıxarmaq olmaz! Telekanallar belə şeylərə diqqət etməlidirlər. Ucuz, səviyyəsiz sözləri ritm üstündə yığıb, çıxıb milyonların qarşısında səsləndirirlər. Əziz aranjemançılar, bu cür mahnıları belələri üçün hazırlamayın! Bunları efirlərə doldurmayın. 
Mən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə üzümü tuturam, bu işi nəzarətə götürün! İfa mədəniyyətimizin qorunması bilavasitə sizin adınızla bağlıdır. Bu gənclər ifa mədəniyyətimizi pis günə qoyurlar, niyə səsinizi çıxarmırsınız?! 
Bu gün hər yoldan ötəni televiziyaya buraxsaq, sabah bunun qarşısını almaq çətin olacaq. Bir müddət sonra uşaqlarımız da üzümüzə qayıdacaq, deyəcək ki, "bu dəbdir". Çünki gözünü açıb televiziyada, sosial şəbəkələrdə gördüyü budur. Gec olmadan həyəcan təbili çalmağın vaxtıdır".  / oxu.az

Şou Biznes       Tarix: 09 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az siyaseti xeberler bugun son xeberler bugun kriminal xeberler