Siçanlar üzərində keçirilən son təcrübə hər birimizi düşündürməlidir: Alimlər nəticəni açıqladılar - FOTO

Siçanlar üzərində keçirilən son təcrübə hər birimizi düşündürməlidir: Alimlər nəticəni açıqladılar - FOTOSiçanlar üzərində keçirilən son təcrübə hər birimizi düşündürməlidir: Alimlər nəticəni açıqladılar - FOTO
ABŞ-nin Rod-Aylend Universitetinin alimləri beyində toplanan mikroplastiklərin təhlükəsini araşdırıblar. Məlum olub ki, plastikin kiçik hissəciklərinin bədənə nüfuz etməsi, xüsusən də yaşlılarda davranış dəyişikliyinə səbəb olur.
Bu barədə araşdırmanın nəticələri "International Journal of Molecular Sciences" jurnalında dərc olunub.
Bildirilir ki, mikroplastiklər artıq ətraf mühitin, demək olar ki, hər yerində, o cümlədən bitkilər, okeanlar, heyvan və insan toxumalarında var, ancaq onların sağlamlığa təsiri hələ də zəif başa düşülür.
Bununla bağlı keçirilən təcrübədə gənc və yaşlı siçanlar üç həftə ərzində tərkibində müxtəlif səviyyələrdə mikroplastiklər olan sudan içiblər. Nəticələr göstərib ki, mikroplastiklər qaraciyər və beyin toxumalarında həm davranış, həm də immun markerlərdə dəyişikliklərə səbəb olur. Siçanlar demensiya xəstələrinin davrandığı kimi hərəkət etməyə başlayıblar. Bu daha çox yaşlı heyvanlarda müşahidə edilib.
Yarılma zamanı məlum olub ki, hissəciklər bütün orqanlarda, o cümlədən beyində cəmləşib. Bu maraqlıdır, çünki beyindəki qan-beyin baryerini keçmək olduqca çətindir. Bu, virus və bakteriyalara qarşı müdafiə mexanizmidir, lakin hissəciklər beyin toxumasına dərindən nüfuz edə bilib.
Gələcəkdə komanda mikroplastiklərə məruz qalmanın nevroloji pozğunluqlara və Altsheymer kimi xəstəliklərə səbəb ola biləcəyini daha da öyrənməyi planlaşdırır.
Siçanlar üzərində keçirilən son təcrübə hər birimizi düşündürməlidir: Alimlər nəticəni açıqladılar - FOTOMikroplastik - xüsusi bir plastik növü deyil, uzunluğu 5 mm-dən az olan hər hansı bir plastik parçadır. Qranulometrik tərkibi 100 nm-dən 5 mm-ə qədər olan mikroplastiklər ətraf mühit üçün təhlükəli hesab olunur. Bu fraqmentlər ekosistemlərə kosmetika, geyim və sənaye prosesləri daxil olmaqla müxtəlif mənbələrdən daxil olur, həmçinin daha böyük plastik hissəciklərin parçalanması zamanı da əmələ gəlir.
Mikroplastiklər ətraf mühitdə, xüsusilə su və dəniz ekosistemlərində böyük miqdarda toplanır.
Plastik yavaş-yavaş, adətən yüzlərlə, hətta minlərlə il ərzində parçalanır. Bu, mikroplastiklərin bir çox orqanizmlərin bədənlərinə və toxumalarına daxil olması və yığılma ehtimalını artırır.
Siçanlar üzərində keçirilən son təcrübə hər birimizi düşündürməlidir: Alimlər nəticəni açıqladılar - FOTOMənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 01 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər son xeberler bugun 2026 azerbaycan en son xeberler xəbər az