"Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır"-Fərid Şahbazlı

"Yaxın Şərqdə yeni müharibə bütün şiddəti ilə davam edir. İran və ABŞ arasında hərbi qarşıdurma artıq lokal zərbələr mərhələsini aşaraq regionun təhlükəsizlik balansını sarsıdan genişmiqyaslı toqquşmaya çevrilib. Enerji infrastrukturu, beynəlxalq nəqliyyat marşrutları və mülki əhalinin təhlükəsizliyi birbaşa risk altındadır. Müharibənin miqyası genişləndikcə onun təsir dalğası Cənubi Qafqaza qədər uzanır və bölgəni yeni geosiyasi təzyiq mühitinə daxil edir. Belə bir şəraitdə sabitlik və praqmatik siyasət region dövlətləri üçün əsas prioritetə çevrilir".
Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. 
O bildirib ki, Azərbaycanın balanslı mövqeyi strateji uzaqgörənlik və siyasi praqmatizm nümunəsidir: "Rəsmi Bakı qarşıdurmanın tərəfinə çevrilmir, blok siyasətindən uzaq dayanır və gərginliyi artıracaq ritorikadan kənardır. Məqsəd Cənubi Qafqazı hərbi qarşıdurmadan uzaq saxlamaq və milli təhlükəsizliyi qorumaqdır. Balanslı siyasət həm diplomatik seçim, həm də uzunmüddətli sabitlik üçün zəruri platformadır".
Birlik sədri qeyd edib ki, müharibənin şiddətlənməsi fonunda İran ərazisində olan həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar real həyat təhlükəsi ilə üz-üzə qalıblar: "Hava nəqliyyatının məhdudlaşdığı, logistikanın iflic olduğu bir şəraitdə Azərbaycan humanitar dəhliz açaraq onların təhlükəsiz təxliyəsinə şərait yaradır. Bu addım şiddətli müharibə fonunda formal jest deyil, konkret xilas əməliyyatıdır  və insan həyatının prioritet sayıldığını nümayiş etdirir. Müharibə dövründə humanitar məsuliyyəti üzərinə götürmək dövlətin siyasi gücünün və yetkinliyinin göstəricisidir".
Siyasi şərhçi vurğulayıb ki Azərbaycan nə blok qarşıdurmalarına qoşulur, nə də gərginliyi artıran siyasi xətt tutur: "Rəsmi Bakı həm Qərb ölkələri, həm Türkiyə, həm Rusiya, həm də İslam dünyası ilə paralel əməkdaşlıq modeli qurub. Bu praqmatik yanaşma ölkəni geosiyasi qütbləşmədən qoruyur və müxtəlif güc mərkəzləri ilə dialoq imkanlarını saxlayır.
Hazırkı geosiyasi şəraitdə – Yaxın Şərqdə gərginliyin artması, Rusiya–Qərb münasibətlərində davam edən qarşıdurma və enerji-logistika xəritəsinin yenidən formalaşması fonunda – Azərbaycanın balanslı xarici siyasəti regional sabitlik üçün mühüm faktordur. Bu model uzunmüddətli sülh və əməkdaşlıq üçün daha dayanıqlı alternativ təqdim edir".
//Editor.az / azxeber.com

Siyasi       Tarix: 04 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbər.az sonxəbərlər sou xeberler