Sığorta ilə yoxlanışdan keçmək istəyən hamilə xanımdan xəstəxanada pul tələb ediblər? - ŞİKAYƏT

Sığorta ilə yoxlanışdan keçmək istəyən hamilə xanımdan xəstəxanada pul tələb ediblər? - ŞİKAYƏTSığorta ilə yoxlanışdan keçmək istəyən hamilə xanımdan xəstəxanada pul tələb ediblər? - ŞİKAYƏT
Şəki rayon sakini hamilə qadının xəstəxanada haqsızlıqla üzləşdiyini iddia edir.
Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Sərfinaz Aslanlı Şəki Rayon Mərkəzi Xəstəxanasında xəstələri pulsuz müayinədən keçirmədiklərini qeyd edib:
"Hamilə qadını sığorta ilə yoxlanışdan keçirmək üçün Şəki Mərkəzi Xəstəxanasına getdik. Qayda pozuntusu ilə üz-üzə qaldıq. Hamilə xanımın ümumi həkimi onu hər ay yoxlayır. Analizləri verdik. Daha sonra ümumi həkim xanımı ultrasəs müayinəsindən (USM) keçməyə yönləndirdi. Analizlərdən sonra USM otağına yaxınlaşdıq. Lakin bizi qəbul etmədilər. USM həkimi Nəzakət Paşayeva məzuniyyətdə olduğu halda işdə idi. Bununla yanaşı, xəstələri müayinədən pul müqabilində keçirirdi. Bizə də dedi ki, "USM sığorta ilə deyil, pul ilədir. Pul verirsənsə, qəbul edirəm, vermirsənsə, yoxlamıram". Sığorta olan xəstəxanada pul ilə yoxlanış edirlər".
S.Aslanlı qeyd edib ki, hamilə xanımın ümumi həkimi digər xəstəxananın USM sənədini qəbul etməyəcəyini bildirib:
"Ümumi həkim məcburən Nəzakət Paşayevaya pul verib USM-dən keçməyi tələb edir. Keçmək istəmədiyimizi gördükdə bildirdi ki, "o zaman ərizə yazın ki, həkim məni USM-ə göndərdiyi halda qəbul etmədim".
Xanım narahat idi. Bu səbəbdən başqa xəstəxanaya gedə bilmədik. Neçə xəstə var ki, sığorta adı ilə onlardan pul tələb edirlər. Xanım hər ay USM problemi ilə rastlaşır. USM-dən keçmir. Bakıda yoxlanılır. Həkim də deyir, mən qəbul etmirəm".
"Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin baş həkimi Arzu İlyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, xəstəxanada bütün xidmətlər ödənişsizdir:
"Bizdə bütün tibbi xidmətlər pulsuzdur. Yəni sığortalıdır. USM xidməti də ödənişsizdir. Ancaq xüsusi xidmətlər, məsələn, estetik əməliyyat, stomatoloji xidmət və onkoloji əməliyyatlar sığortaya daxil deyil. Qalan bütün xidmətlər sığortalıdır.
Qeyd olunan hadisəyə gəldikdə isə, tədbir görmək üçün yazılı şikayət olmalıdır. Yəni həkim ilə bağlı yazılı formada vətəndaş müraciəti daxil olmalıdır. Həkim barəsində vətəndaş müraciəti daxil olanda hüquqşünasa yönəldilir. Ciddi tədbir görülür".
Nəzrin Vahid

Maraqlı       Tarix: 18 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 bugunun xeberleri xeberler bu qun xeber.az