"Silk Way Group" pandemiya zamanı tibbi yüklərin aviadaşınması üzrə 100-dən çox çarter reysi həyata keçirib

"Silk Way Group" pandemiya zamanı tibbi yüklərin aviadaşınması üzrə 100-dən çox çarter reysi həyata keçirib"Silk Way Group" pandemiya zamanı tibbi yüklərin aviadaşınması üzrə 100-dən çox çarter reysi həyata keçirib
COVID-19 pandemiyası dünyada baş verən bir sıra proseslərin gedişatına, o cümlədən yük daşınması sahəsində ciddi dəyişikliklərə səbəb olub. Belə şəraitdə təcili və təhlükəsiz şəkildə icra edilən hava yük daşımalarına tələbat olduqca artıb.
"Silk Way Group" koronavirus pandemiyası zamanı Azərbaycan Respublikası hökumətinin bütün təşəbbüslərini dəstəkləmək məqsədilə fərdi qoruyucu vasitələr və tibbi avadanlıqların hava gəmiləri ilə nəql edilməsini dəfələrlə həyata keçirib. Qeyd etmək lazımdır ki, pandemiya şəraitində "Silk Way Group"un təyyarələri tibbi təyinatlı yüklərin MDB, Mərkəzi və Şərqi Avropa, Asiya, eləcə də Şimali və Cənubi Amerika ölkələrinə çatdırılması üzrə 100-dən çox çarter reysi icra edib.
"Silk Way Group" 14 iyul 2006-cı ildə hava yük daşımalarının həyata keçirilməsi ilə məşğul olan şirkətlərin idarə edilməsi məqsədilə yaradılmış, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşən şirkətlər qrupudur.
İllər keçdikcə "Silk Way Group" genişlənib və tədricən yalnız aviasiya ilə deyil, həm də yük daşınması ilə əlaqəli olmayan sahələrdə fəaliyyət göstərən bir sıra törəmə şirkətləri öz adı altında bir araya gətirib. 2019-cu ilin sonunda şirkətlər qrupunun səhmdarı və rəhbərliyinin verdiyi strateji qərara əsasən yenidən qurulma prosesinə başlanılıb. "Silk Way Group"un bütün fəaliyyətlərini birbaşa hava yük daşımalarının həyata keçirilməsinə yönəltmək məqsədilə şirkətlər qrupunun əsas olmayan aktivlərinin satışı həyata keçirilib. Bu prosesin nəticəsi olaraq, "Silk Way Group" yük daşımalarının icrası və təyyarələrin uçuş qabiliyyətini təmin edən üç şirkətdən ibarət olub: "Silk Way Group", "Silk Way West" və "Silk Way Technics".
"Silk Way West"in əsası 2012-ci ildə qoyulub və hal-hazırda bu şirkət hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrinə 50-dən atrıq istiqamətdə 250-dən çox müntəzəm və çarter reyslərini həyata keçirir. Şirkətin aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 "Boeing 747-400F" və "Boeing 747-8F" təyyarələrindən ibarətdir.
"Boeing" aviakonserninin məlumatına əsasən, 2016-ci ildə "Silk Way West" donanma böyüməsi dinamikası, uçuş coğrafiyasının genişlənməsi və daşınan yüklərin həcmi kimi meyarlara görə ən sürətli böyüyən aviadaşıyıcı kimi tanınıb. Bu gün bütün bu meyarlara görə aviaşirkət Avropada üçüncü yerdədir.
"Silk Way Airlines" - 2001-ci ildə yaradılmış, Avropa, Yaxın Şərq, Asiya və Afrika ölkələrinə müntəzəm çarter uçuşları həyata keçirən aviaşirkətdir. "Silk Way Airlines"ın donanması dünyanın hər yerinə uçuşlar üçün sertifikatlaşdırılmış tam yeni 5 İl-76TD və İl-76 PS-90 təyyarələrindən ibarətdir. Həmçinin, aviaşirkət BMT və ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) proqramları çərçivəsində hava daşımaları ilə də məşğuldur. Bundan başqa, "Silk Way Airlines" ABŞ, İspaniya, İtaliya və Bundesver (Almaniya) Müdafiə Nazirlikləri üçün yük daşımalarının icrası üzrə xüsusi sertifikatlara malikdir.
"Silk Way Technics" şirkəti 2006-cı ildə qurulub, hava gəmilərinin istismarı və təmiri ilə məşğuldur. Şirkət müasir avadanlıqla təchiz olunmuş, bölgədəki ən böyük anqara və "Airbus", "Boeing", "Embraer", "Gulfstream", ATR kimi təyyarələrə texniki xidmət üzrə beynəlxalq standartlara uyğunluq sertifikatlarına sahibdir. Qeyd edək ki, "Silk Way Technics" şirkətinin yüksək ixtisaslı heyəti təkcə "Silk Way Group" və  Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrinə deyil, həm də MDB ölkələri, Avropa və Yaxın Şərqdən olan digər aviaşirkətlərin təyyarələrinə də xidmət göstərir. 
Bu gün "Silk Way Group" dinamik şəkildə inkişaf edir və gələcəyə dair yeni planlar qurur. Fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan iqtisadiyyatında qabaqcıl yerlərdən birini tutmağı bacaran şirkətlər qrupu bütün dünya üçün bu cür çətin dövrdə təkcə şəhərləri deyil, hətta qitələri birləşdirərək, hava yük daşımalarının sxemlərini genişləndirməyə davam edir. /oxu.az

Turizm       Tarix: 25 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət cəbhədən xəbər xeberler bu qun metbuat